Yuxarı

Dünyanı ağladan fotonun səbəbkarı danışdı - Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanı ağladan fotonun səbəbkarı danışdı - Eksklüziv

Anja Lovenin Nigeriyada həyatını xilas etdiyi körpə ilə birgə çəkilən fotosu uzun müddət dünya mətbuatının manşetlərini bəzədi.

Afrika Uşaq Yardım Təhsil Və İnkişaf Fondunun həmtəsisçisi, "Onların sağ qalması" Yardım Mərkəzinin təsisçisi və rəhbəri Anja Loven Axar.az-ın suallarını cavablandırıb.

– Yardım Mərkəzində işlər necə gedir? İndi nə ilə məşğulsunuz?

– Bizim təşkilat ötən il Nigeriyada çox böyük bir torpaq sahəsi aldı. İndi biz yavaş-yavaş aldığımız ərazilərdə yeni yardım mərkəzləri tikirik. Bununla yanaşı, Sərhədsiz Mühəndislər Birliyi ilə də uşaq evlərinin inşasına start vermişik. Aldığımız geniş ərazidə həmçinin sağlamlıq klinikasının da tikinti işləri gedir. Bu klinika təkcə kömək etdiyimiz uşaqlar üçün deyil, bütün əhali üçün nəzərdə tutulub.

– Demək olar ki, hər kəs həyatını xilas etdiyiniz balaca Hopu tanıyır. Onu Nigeriyadan xilas etdiyiniz gün çəkilən foto böyük rezonansa səbəb oldu. İndi sağlamlığı necədir? Yardım Mərkəzində digər uşaqlara yovuşmağa başlayıbmı?

– Bəli, artıq xəstəxanadan çıxıb, mərkəzdə öz yaşıdları ilə, digər 35 uşaqla birgə yaşayır. Onun həyatda qalmağı, doğrudan da, möcüzə oldu. Hər gün bir az da yaxşılaşır. Sağlamlığı indi qaydasındadır, yeməyi də artıq normal yeyir.

– Nigeriyada yaratdığınız yeni Yardım Mərkəzinin açılış tədbirinə Nigeriyadakı Danimarka səfiri də gəlmişdi. Dövlət təşkilatlarınıza maliyyə yardımı göstərirmi?

– Biz Danimarka hökumətindən heç bir maliyyə yardımı almamışıq. Yaşanan miqrant böhranı ilə bağlı dövlət bütün maliyyə vəsaitlərini qaçqınlara ayırır. Danimarka səfiri bizim tədbirimizə öz mənəvi dəstəyini göstərmək üçün iş saatından sonra gəlmişdi. Onun xanımı təşkilatın üzvlərindən biridir. Dövlətdən rəsmi olaraq heç bir maliyyə yardımı almırıq, amma səfir və onun xanımı bizə özəl (adi vətəndaş kimi) yardım göstərir.

– Yaxın gələcəklə bağlı hansı planlarınız var?

– Yaxın gələcəkdə kompüter tədris mərkəzi tikməyi planlaşdırırıq. Bizim məqsədimiz uşaqların sağlamlığı ilə yanaşı, təhsillərinin də qeydinə qalmaqdır.

– Hazırda fəaliyyət göstərən məktəbləriniz var, zənnimcə.

– Bəli. Uşaqlarımız məktəbə böyük maraq göstərir. Bu, çox sevindiricidir. Əlimizdən gələni edəcəyik ki, onlara həm sağlamlıq, həm də təhsil bəxş edək.

Tarix
2016.04.25 / 15:49
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla