Yuxarı

Ukrayna portalından Qarabağa dəstək - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna portalından Qarabağa dəstək - Foto

Latviyalı deputatlar ermənilərin bu yaxınlarda Dağlıq Qarabağda törətdiyi növbəti provokasiyaya laqeyd qalmayıblar.

AzərTac xəbər verir ki, Ukraynanın 24news.com.ua portalı buğun, aprelin 25-də "Latviya parlamentinin deputatları: "Qarabağ Azərbaycanın tərkibinə qaytarılmalıdır" sərlövhəli material dərc edib:

http://24news.com.ua

Ukrayna xəbər saytının Riqadakı xüsusi müxbiri Vladimir Reşetov deputatlardan bu materialı şərh etmələrini xahiş edib.

"VIENOTIBA" ("Birlik") partiyasının hakim koalisiyasının deputatı Martinş Şits deyib:

-Dağlıq Qarabağda məlum hadisələrin başlanmasının üçüncü günündə Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun deputatları, o cümlədən mən də Azərbaycanın Latviyadakı səfirliyinə getdik, səfir ilə görüşdük və Azərbaycanı dəstəklədiyimizi bildirdik. Məlum olduğu kimi, Qarabağ işğal olunub və biz hesab edirik ki, tarixi ədalət, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz tam aydındır. Azərbaycan tarixi dövlət sərhədlərini bərpa etməlidir.

Ukraynalı jurnalist "SASKĀŅA" ("Həmrəylik") partiyasından parlamentin üzvü İqor Zuyevin də fikrini sitat gətirir:

-Mən hərbiçi kimi deyil, parlamentin üzvü kimi danışacağam. Mən hər hansı tərəfdaşla danışmağa hazıram. Axı biz söhbət etməyi, bir-birimizi dinləməyi yadırğamışıq. Tərəflərin bir-birini dinləmək istəməməsi üzündən dünyada nə qədər münaqişə baş verir! Əyləşmək, söhbət etmək, razılığa gəlmək lazımdır. Parlamentləri bir təsisat kimi ləğv etsək, onda yalnız müdafiə nazirlikləri bir-biri ilə danışacaqlar, özü də topların, tankların, avtomatların dilində...

Tarix
2016.04.25 / 18:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla