Yuxarı

Sərkisyan üçün hansı daha dəhşətlidir? - Erməni KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan üçün hansı daha dəhşətlidir? - Erməni KİV

Dünən Ermənistanın Prezidenti Serj Sərkisyan Sisernakaberd memorialına səlahiyyətlilərin müşayiəti ilə deyil, Şarl Aznavur və aktyor Corc Kluni ilə gəldi. Bu rəmzi hərəkət erməni cəmiyyətinin diqqətindən kənarda qalmadı.

Axar.az xəbər verir ki, bu fikirlər Ermənistanın "İragir" saytının şərhində əksini tapıb. Sayt qeyd edib ki, bu fakt Sərkisyanın iflası anlamına gəlir:

"Dördgünlük müharibə hakimiyyətdə olan sistemin daxili konstruksiyasını məhv etdi. Sistem ona əsaslanırdı ki, "biz müharibə etdik və qalib gəldik". Özünün müharibədə iştirakını hakimiyyətdə olan qurum ictimaiyyətə qarşı silah kimi istifadə edirdi. Yəni "biz müharibədə bu gün varlanmaq hüququnu əldə etmişik".

Bu açıq mətnlə deyilməsə də, müxtəlif ictimai kanallarla ictimaiyyətə çatdırılırdı. Qeyd etmək lazımdır ki, bu, müəyyən mənada effektiv "fəlsəfə" idi.

Dördgünlük müharibə bu həyati fəlsəfəni tamamilə darmadağın etdi. Bir tərəfdən aprel müharibəsi hakimiyyətin "müharibə bizə müstəsna hüquq verir" fəlsəfəsini dağıtdı, digər tərəfdən hakimiyyətin cinayətkar fəaliyyətsizliyini tam açıqlığı ilə göstərdi".

Məqalənin müəllifi hesab edir ki, Birinci Qarabağ müharibəsinin "qalibləri" İkinci Qarabağ müharibəsində iştirak hüquqlarını itirib, belə ki, onlar 20 il ərzində silahı xalqına qarşı çevirib və 20 il ərzində şəxsi qazanc əldə etməklə məşğul olublar.

Halbuki bu zaman ərzində Birinci Qarabağ savaşının qələbəsindən əldə olunan nailiyyətləri möhkəmləndirməli və dövlətçiliyi gücləndirməli idilər.

"Hazırda onlar Qarabağı itirməyə görə deyil, 20 il "biz döyüşmüşük" fəlsəfəsinin süquta uğramasının təlaşındadır.

Dördgünlük müharibə göstərdi ki, onlar hətta birinci müharibədə döyüşmüşdülərsə də, sonrakı iyirmi il ərzində onlar Ermənistan ictimaiyyətinə, həmçinin əsgər və zabitlərin ailələrinə qarşı müharibə aparıblar. Dördgünlük müharibə hakimiyyətdə olan zümrənin söykəndiyi dayağı məhv etdi və sistem havadan asılı vəziyyətdə qaldı. Bu vəziyyətdə atılan hər bir addım panikadan qaynaqlanır", - sayt qeyd edib.

Tarix
2016.04.25 / 23:04
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla