Yuxarı

Britaniya və ABŞ Bakıda saziş imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya və ABŞ Bakıda saziş imzaladı

Böyük Britaniya və ABŞ COP29 çərçivəsində sənayenin karbon emissiyalarını azaltmaq və enerji təhlükəsizliyini gücləndirmək üçün qabaqcıl nüvə texnologiyalarının tətbiqini sürətləndirmək məqsədilə birgə əməkdaşlığa başlayıb.

Axar.az xəbər verir ki, Bakıda keçirilən iqlim danışıqları zamanı Böyük Britaniyanın enerji naziri Ed Milibend və ABŞ-ın enerji katibinin müavini David Turk nüvə reaktorları üzrə çoxtərəfli tədqiqat sazişi imzalayıblar.

Bu saziş dünya üzrə aparıcı akademik institutlar və nüvə texnologiyaları üzrə innovatorlar da daxil olmaqla, milyardlarla funt-sterlinq dəyərində nüvə tədqiqat və inkişaf resurslarını bir araya gətirəcək. Məqsəd qabaqcıl nüvə texnologiyaları haqqında məlumat mübadiləsini dəstəkləmək və bu texnologiyaların 2030-cu ilədək sənayedə tətbiqini təmin etməkdir. Qabaqcıl modul reaktorlar kimi yeni texnologiyalar aviasiya yanacağı, hidrogen və ya polad istehsalı kimi ağır sənayeni karbon emissiyalarından azad etmək üçün aşağıkarbonlu istilik və enerji təmin edə bilər. Bu reaktorlar kiçikölçülü olub zavodlarda istehsal oluna bilər ki, bu da onların tikinti prosesini daha sürətli və sərfəli edir.

Yeni saziş 2025-ci il martın 1-dən qüvvəyə minəcək və həmçinin Kanada, Fransa, Yaponiya, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Çin, İsveçrə və Avstraliya tərəfindən imzalanacağı gözlənilir.

Tarix
2024.11.18 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla