Yuxarı

Baydenin qərarına görə Rusiya bu ölkələri vuracaqmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baydenin qərarına görə Rusiya bu ölkələri vuracaqmı?

Co Baydenin ATACMS raketləri ilə Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verməsi bir çox məqsədə hesablanıb. Bu raketlər 300 kilometr məsafəyə zərbə endirmək imkanına malikdir. Beləliklə, Rusiyanın Bryansk, Kursk, Lipetsk, Voronej, Rostov-Don və Anapa bölgələrində yerləşən təxminən 20 strateji obyekt, aerodrom, neft emalı zavodu və digər hədəflər təhlükə altına düşür. Eyni zamanda, Kurskda Şimali Koreyadan gətirilən silahlı qüvvələrə zərbələr endirmək də nəzərdə tutulur ki, bu da müharibənin gedişatını dəyişmək məqsədi daşıyır.

Bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev ABŞ Prezidenti Co Bayden administrasiyasının Rusiyanın dərinliklərinə raket zərbələri endirmək icazəsinin müharibənin gedişatına təsirlərini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, uzaqmənzilli raketlərdən istifadə edilməsi müharibənin uzanacağı ehtimalını doğurur:

“Bu qərar Ukraynanın maraqlarına uyğun olaraq verilib və müharibənin Ukraynanın istəmədiyi ssenari üzrə nəticələnməməsi üçün atılan addımlardan biridir. Belə bir addım Ukraynanın hərbi mövqelərini gücləndirə bilər. Qeyd edim ki, ATACMS raketlərini vaxtında aşkarlamaq və qarşısını almaq Rusiya üçün asan deyil”.

Ekspert qeyd edib ki, ABŞ-ın bu addımı bir sıra risklər yaradır:

“Rusiya daha əvvəl bəyan etmişdi ki, öz ərazisində NATO ölkələrinin istehsalı olan hər hansı taktiki ballistik raket aşkarlayacağı təqdirdə bunu NATO ilə birbaşa müharibə elanına bərabər hesab edəcək və müvafiq tədbirlər görəcək. Bu isə müharibə zonasının genişlənməsi ehtimalını artırır. Belə ki, Rusiya NATO-ya üzv ölkələrə - Baltikyanı dövlətlərə, Polşaya və ya ABŞ-ın bu ölkələrdəki aviabazalarına zərbələr endirə bilər. ABŞ-ın atdığı bu addım Rusiyanı danışıqlar masasında zəiflətmək məqsədi daşısa da, müharibənin eskalasiya riskini də doğurur”.

Tarix
2024.11.19 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Hacıyev Qriqoryanla müzakirələrin videosunu paylaşdı

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla