Yuxarı

Hər gün meyit gəlir: Bakı hücuma keçsə... – Erməni KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər gün meyit gəlir: Bakı hücuma keçsə... – Erməni KİV

Vəziyyət mürəkkəbdir və sonun yaxın olduğu istisna deyil. Ermənistan dördgünlük müharibədən sonra reallığı anlamağa başladı. Qarabağ münaqişəsi hazırkı geosiyasi reallıqda həll edilməmiş qala bilməz.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın "Lragir.am" portalının analitik yazısında qeyd olunur. Azərbaycanın torpaqların qaytarılması üçün hücuma keçə biləcəyindən narahat olan müəllif qeyd edir ki, Dördgünlük müharibə zamanı İrəvan müttəfiqsiz qaldı və çətin vəziyyətə düşdü:

"Dünən Ermənistan XİN-in açıqlamasından bəlli oldu ki, rəsmi Bakı BMT Təhlükəsizlik Şurasına məktub göndərib və Ermənistanın əməl etməməsinə görə, 1994-cü ildə imzalanmış atəşkəsdən geri çəkilir (BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal altında saxladığı torpaqlardan dərhal və qeyd-şərtsiz çıxması barədə 4 qətnamə icra olunmadığından, Azərbaycanın bu qətnamələrin tələblərinin Ermənistana məcburi icrasını öz üzərinə götürmək istəməsi nəzərdə tutulur – red.). Demək olar ki, hər gün cəbhədən erməni əsgərlərin meyiti gəlir.

Rusiya son hadisələr zamanı nəyəsə qarant vermək iqtidarında olmadığını sübut etdi. Medvedyev Bakıda münaqişənin iki həlli olduğunu bildirdi. Onun sözlərinə görə, ya hər şey indiki kimi qalacaq, ya da müharibə olacaq. O, ağzından söz qaçırtdı ki, ikincinin tərəfdarıdır.

Sərkisyanın özü də yeni genişmiqyaslı hərbi əməliyyatları istisna etmədi. Əgər dünya gücləri rəsmi Bakını dayandırmaq istəməsələr və iki ölkəyə sərhədlərini müəyyən etməyə vaxt versələr, Azərbaycan işini görəcək. Görəsən, bu iş üçün beynəlxalq güclər Azərbaycana neçə gün verəcək?"

Tarix
2016.04.26 / 14:49
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla