Yuxarı

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya son müsahibəsində Azərbaycanla sülh prosesi barədə yenə nikbin danışıb. Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var. Əlavə edib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün hər şeyə hazırdır. Paşinyan hətta onu da söyləyib ki, sülh sazişi imzalandıqda İrəvan qarşılıqlı formada beynəlxalq məhkəmə iddialarından vaz keçməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ilin sonuna cəmi bir ay qalıb;

“Paşinyanın “ilin sonuna qədər hər şeyə hazıram” sözlərindən belə çıxır ki, o dekabr ayı ərzində Azərbaycanla sülh sazişini imzalamağa çalışacaq. Belədirsə, Nikol Paşinyan bir ay ərzində Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi hansısa yolla əsas qanundan çıxarmalıdır. Bunsuz sülh sazişinin imzalanması mümkün deyil. Aydındır ki, Konstitusiya dəyişikliyini reallaşdırmaq üçün referendum keçirməyə vaxt yoxdur. Paşinyan və onun komanda üzvləri referendumu növbəti parlament seçkilərindən sonraya saxlayıblar.

Paşinyanın mövqeyi belədir ki, Ermənistan Konstitusiyası özündə Azərbaycan ərazisinə iddianı əks etdirən Müstəqillik Bəyannaməsinə yalnız qismən istinad edir. Halbuki, həmin bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı konkret müddəa yer alıb və Ermənistan Konstitusiyasında bu müddəya istinad var. Ona görə Paşinyan də əsas qanunda Müstəqillik Bəyannaməsindən qurtulmağın bir yolunu tapmalıdır. Əks halda Paşinyanın bu ilin sonuna qədər sülh sazişinin imzalanması ümidi doğrulmayacaq. Rəsmi Bakının Ermənistan Konstitusiyasında dəyişiklik məsələsində geri addım atmayacağını Paşinyan və onun komandası anlamamış deyil. Konstitusiyadakı müddəa sülh sazişinin imzalanmasının qarşısındakı yeganə əngəldir. İki ölkə arasında sərhəd danışıqları davam edir, tərəflər Zəngəzur dəhlizi ilə bağlı da ortaq məxrəcə gəlməyə çalışırlar – bu iki istiqamətdə irəliləyişlər var. Paşinyan avqustun sonunda verdiyi açıqlamada Prezident İlham Əliyevin digər tələbi olan Minsk Qrupundan rəsmən imtina etməyə hazır olduğuna da eyham vurub. Deməli, Paşinyan sülhə, sabitliyə və çox arzuladığı regional əməkdaşlığa yeganə əngəli ortadan qaldırmalıdır”.

Tarix
2024.11.23 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda Türkiyə rəsmiləri ilə görüşən İsrail generalı kimdir?

Ərdoğan Azərbaycanla bağlı 3 sazişi təsdiqlədi

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

İlham Əliyev Albaniyada daha bir tədbirdə iştirak etdi - Foto

Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video

Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron

Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır

İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla