Yuxarı

İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29 konfransı zamanı ən diqqətçəkən məqamlardan biri də İstanbul meri, Türkiyə Cümhuriyyət Xalq Partiyasının liderlərindən olan Əkrəm İmamoğlunun Bakıya səfəri idi.

Konfransda çoxsaylı mötəbər qonaqlar və həddən artıq gərgin iş rejimi, o cümlədən informasiya axını Əkrəm İmamoğlunun səfərinin medianın gündəminə düşməsinə imkan vermədi. Ə.İmamoğlu da təvazökar bir səfər və görüşlərlə kifayətləndi.

Ancaq Ə.İmamoğlunun Bakıya səfər etməsi və COP29 panellərində aktiv iştirakı Türkiyə-Azərbaycan münasibətlərində “ilk”lərin yaşanmasıyla yadda qaldı:

1. Azərbaycanda keçirilən beynəlxalq tədbirdə Türkiyə, Prezident Ərdoğan da daxil olmaqla, yüksək səviyyədə və geniş tərkibdə təmsil olunurdu – birinci xanım Əminə Ərdoğanla bərabər, türkiyəli çoxsaylı nazir və millət vəkilləri də COP29-da qardaş Azərbaycana dəstək verirdi və Türkiyədən gözlənilən də bu idi.

Ancaq ilk dəfəydi ki, Türkiyə iqtidarı ilə bərabər, Türkiyə müxalifəti də paralel şəkildə eyni tədbirə qatılırdı;

2. Əkrəm İmamoğlunun səfər zamanı COP29 çərçivəsindən kənara çıxaraq, Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etməsi də xüsusilə önəmlidir. İmamoğlu əsl siyasətçidir, səfərinə xüsusi məna qatmaqla yanaşı, Azərbaycan xalqının “könlünü almağa” hədəflənmişdi.

Bu, Özgür Özəlin CHP sədri seçilməsindən sonra “Xəta etdik, Azərbaycanı üzdük” etirafı və bu səhvi düzəltmək istiqamətində arzusunu ifadə etməsi, Azərbaycana səfərə gəlmək istəyini bildirməsi, üstəlik, 8 Noyabr Zəfər Günündə Prezident İlham Əliyevə zəng edərək, (ilk dəfə!!!) təbrik etməsi siyasətinin davamı da sayıla bilər. Azərbaycan xalqı Kamal Kılıçdaroğlunun məxsusən prezident seçkiləri ərəfəsində Zəngəzur dəhlizi ilə bağlı tutduğu neqativ mövqe, o cümlədən Bakıda səfirlik etmiş CHP-çi Əhməd Ünal Çeviközün (Kılıçdaroğlunun müavini) 2020-ci il savaşı zamanı “Maləsəf, Türkiyə Azərbaycana silah göndərir” deməsi, erməni təbliğat platformalarının ruporuna çevrilməsi, Ermənistanla Türkiyə arasında əlaqənin qurulmamasının “günahkarının” Bakı olması və Qarabağ separatçılarını haqlı çıxarmağa çalışması və s. səbəblərdən dolayı CHP-yə qarşı, yumşaq desək, simpatiya bəsləmirdi. Eyni zamanda, azərbaycanlılar Türkiyə müxalifətinin “efir siması” sayılan Portağalın Azərbaycana qarşı iftiraları, həmçinin “Qardaş dövlətlər olmur, Azərbaycan da qardaşımız deyil” kimi açıqlaması və buna CHP-dən heç bir reaksiya verilməməsi fonunda AKP yetkililərinin hər kəlməbaşı “Can Azərbaycan” ifadəsini qürurla səsləndirməsini müşahidə edirdi və təbii ki, seçimi də bu yanaşmalara adekvat idi.

Ancaq CHP-nin yeni sədarətinin Azərbaycan və Kuzey Kıprıs baxışlarını tamamilə dəyişməsi, Azərbaycanı Türkiyənin daxili siyasətindən ayırma kursu CHP-yə Azərbaycan xalqının münasibətini də dəyişməkdədir.

Doğru olan da budur: Ərdoğana müxalif olmaq Türkiyənin yeni tarixini yazan və xarici siyasətdə möhtəşəm uğurlara imza atan hazırkı Türkiyə liderinin Azərbaycan, o cümlədən digər türk ölkələri ilə qurduğu münasibətlərə müxalif olmaq anlamına gəlməməlidir.

Türkiyə-Azərbaycan münasibətləri iqtidarlara və müxalifətə bölünmür, tamdır və xalqın iradəsidir. CHP-nin bu həqiqəti Özgür Özəlin liderliyində anlaması və bu istiqamətdə addımlar atması çox önəmlidir.

Azərbaycan isə AKP-nin doğrularını CHP-nin də qəbullanmasından yalnız məmnun ola bilər – necə ki, COP29 zamanı, işin çoxluğuna və sıx qrafikə baxmayaraq, Bakıya səfər edən Əkrəm İmamoğlu fərdi və ayrıca olaraq Bakı Şəhər İcra Hakimiyyətində yüksək səviyyədə qarşılandı...

Tarix
2024.11.29 / 13:00
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Menbiçdə Azərbaycan bayrağı, Qarabağ yazısı - Foto

İrəvan Bakıya qarşı iddialarını geri götürür?

5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Hikmət Hacıyev İsrail prezidenti ilə görüşdü

Plastik cərrahların sertifikatları ləğv olunur: Ağır cəza...

Azərbaycanın iki ölkədə səfirliyi fəaliyyət göstərmir

Əsəd rejiminin Azərbaycana münasibətinə baxın - Foto

İlham Əliyev 2 fərman imzaladı

Fransa səfiri dayanmır: yenə sərhədimizə gəldi - Foto

Ərdoğan “bir mən, bir Putin...” sözü ilə nəyə işarə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla