Yuxarı

"Vatikan Bakını digər ölkələrə nümunə göstərəcək"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Vatikan Bakını digər ölkələrə nümunə göstərəcək"

"Rossiyskaya qazeta" Azərbaycanın Vatikanla münasibətlərindən, Roma Papasının Bakıya qarşıdan gələn səfərindən yazıb.

Axar.az xəbər verir ki, jurnalist Karavayevin məqaləsində deyilir: "Roma Papası Fransisk Azərbaycan Prezidenti ilə artıq tanışdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir il əvvəl Vatikanda rəsmi səfərdə olublar. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2012-ci ilin iyununda Romaya səfəri zamanı Heydər Əliyev Fondu ilə müqəddəs taxt-tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli saziş" imzalanıb. Fond "Tolerantlıq ünvanı – Azərbaycan" layihəsi çərçivəsində katolik, pravoslav kilsələrinin və sinaqoqların yenidən qurulmasına kömək edir. Vatikanın tarixində ilk dəfə müsəlman ölkəsindən olan təşkilat xristianlığın bu müqəddəs abidələrinin bərpasına kömək edib. İndi bu, dinlər arasında qlobal dialoqun son dərəcə əhəmiyyətli nümunəsinə çevrilib".

Müəllifin fikrincə, Azərbaycan Vatikan üçün təkcə mesenat layihələri ilə maraqlı deyil. Azərbaycan ənənəvi dəyərləri olan katolik dünyası üçün ilk növbədə Şərq dəyərləri ilə Qərb prinsiplərinin vəhdət təşkil etdiyi unikal ölkə kimi əhəmiyyətlidir. Roma Katolik Kilsəsi başçısının 2002-ci ildə Bakıya ilk səfərindən başlayaraq aydın idi ki, Papa taxt-tacı Azərbaycana Şərqin İslam mədəniyyəti ilə Qərbin katolik kilsəsi tərəfindən mühafizə edilən ənənəvi dəyərlərinin ideal sintezinə yaxın olan bir ölkə kimi baxır.

Roma Papasının Bakıya səfərindən 14 il keçir. Belə fikir yaranıb ki, Azərbaycan öz daxili və xarici siyasətini mədəniyyətlərin və siyasi ənənələrin maraqları nöqteyi-nəzərindən həyata keçirməklə, mədəni körpü rolu oynayan ölkəyə çevrilib. İllər keçdikcə, bu meyil yalnız möhkəmlənir.

Qərb dəyərlərinin, Şərq müdrikliyinin və başqa mədəniyyətlərə münasibətdə komplementarlığın sintezindən ibarət sosial siyasət yürütməyə müvəffəq olan Azərbaycan bu gün bütün dünya üçün çox aktual örnəyə çevrilib. Çox güman, Roma Papası Azərbaycan modelini başqa ölkələrə nümunə göstərəcək.

Qəzet yazır ki, əslinə qalsa, bu tezis Roma Katolik Kilsəsi başçısının dilindən artıq səslənib. Roma Papası XVI Benedikt 2012-ci ilin yanvarında diplomatik korpusun nümayəndələri qarşısında ənənəvi çıxışında Azərbaycanla münasibətləri önə çəkərək deyib: "Vatikan müxtəlif dövlətlərlə münasibətləri inkişaf etdirməyə çalışır. Bu baxımdan Müqəddəs Taxt-tac ilə Azərbaycanın münasibətləri müsbət nümunə ola bilər".

Tarix
2016.04.29 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla