Yuxarı

Qərbi azərbaycanlıların tələbi budur! - Çavuşoğlu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbi azərbaycanlıların tələbi budur! - Çavuşoğlu

Qərbi azərbaycanlıların tələbləri torpaq yox, insan haqları məsələsidir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlu Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçüm ədalətin təşviqi" mövzusuna həsr olunmuş II beynəlxalq konfransda deyib.

O, Qərbi Azərbaycan İcmasının fəaliyyətini çox yaxından izlədiyini söyləyib:

“İcmanın fəaliyyəti beynəlxalq hüquqa tam uyğundur. Bu, torpaq deyil, insan haqları məsələsidir. Ermənistanın ərazi bütövlüyünə tam hörmətlə yanaşılsa da, rəsmi İrəvan səmimi müraciətlərə hələ də cavab vermir. Ermənistanın Qarabağı işğal etməsi böyük ağrılara səbəb olub. Bir milyondan çox azərbaycanlı yurd-yuvalarından edilib, onların doğma torpaqlarına qayıtması təmin olunmalıdır”.

M.Çavuşoğlu bildirib ki, Ermənistanın UNESKO-nun missiyasına icazə verməməsi təəssüf doğurur:

“Biz həmişə ədalətin qalib gələcəyinə inandıq, nəticədə Azərbaycan suverenliyini tam təmin etdi. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdə ciddi təmizləmə işləri və bərpa-quruculuq fəaliyyətləri həyata keçirilir”.

Tarix
2024.12.05 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla