Yuxarı

CHP lideri Bakıya gəlir? - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
CHP lideri Bakıya gəlir? - Rəsmi

Milli Məclisdə dekabrın 6-dan 8-dək "Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcək.

Axar.az xəbər verir ki, 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak edəcəyi tədbirdə dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.

Konfrans çərçivəsində ADA Universitetində "İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa da keçiriləcək.

Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.

Türkiyədən 60-dan çox deputatınln da Azərbaycana gələcəyi bildirilir. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oqtay artıq Bakıdadır.

Sosial şəbəkələrdə və Türkiyənin bir sıra mətbuat orqanlarında Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin də tədbirə qatılacağı barədə iddialar yayılıb.

Modern.az bu barədə məlumat öyrənmək üçün CHP sədrinin müavini İlhan Üzgellə əlaqə saxlayıb. O bildirib ki, Özgür Özəl tədbirdə iştirak etməyəcək:

"Bir qrup CHP-çi millət vəkilləri konfransa qatılacaqlar. Cənab Özgür Özəl tədbirdə iştirak etməyəcək. Onun yerinə Türkiyə Böyük Millət Məclisində CHP fraksiyasının sədrinin müavini Murad Əmir tədbirə qatılacaq".

Tarix
2024.12.06 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla