Yuxarı

Trampın Əliyevə və Nikola münasibəti... – Markov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp üçün Cənubi Qafqaz prioritetlər baxımından periferik olacaq. O, bura fəal təsir göstərməyəcək. Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“O, Ukrayna ətrafındakı vəziyyətin həllinə kömək edə bilsə, onda Moskvanın Cənubi Qafqazda daha geniş fəaliyyət üçün böyük ölçüdə sərbəst əli olacaq. Bu o deməkdir ki, Azərbaycanın regionda mövqeyi güclənəcək, çünki Rusiya regionda Bakı ilə faktiki müttəfiqlik münasibətlərinə malikdir. Və bu və ya digər dərəcədə Rusiyanın Ermənistanla böhranlı münasibətləri davam edəcək. Məlumdur ki, Makron Cənubi Qafqazda aktiv siyasət yürütməyə çalışır. Lakin Trampın Fransa prezidentinə qarşı kifayət qədər tənqidi münasibəti var. Onların arasında ziddiyyətli münasibətlər Fransa prezidentinin Cənubi Qafqazda fəallığının azalmasına səbəb ola bilər”, - o bildirib.

Markovun fikrincə, Paşinyan Qərbdə dəstək qazanmaq cəhdlərindən məyus ola və Bakı ilə sülh sazişi üzrə real danışıqlar masasına əyləşə bilər:

“Paşinyan hələ də Qərbdən real dəstək gözləyir. Bundan əlavə, çox güman ki, Ermənistan KTMT-dən çıxmayacaq, bu, onun üçün sərfəli deyil. Qərb Ermənistanın KTMT-dən çıxmasından yana deyil, İrəvanın onun casusu olması və KTMT-ni daxildən məhv etməsindən yanadır. Bundan əlavə, unutmaq olmaz ki, Azərbaycan prezidenti ABŞ-ın daxili işlərinə qarışmadan yumşaq formada Amerika seçkisi öncəsi Tramp haqqında çox müsbət fikirlər səsləndirib. Bu isə o deməkdir ki, Tramp Azərbaycana müsbət münasibət bəsləyir. Eyni zamanda, Paşinyan daha çox demokratlarla ortaq dil tapır. İlham Əliyev - Nikol Paşinyan cütlüyündə isə Tramp Azərbaycan prezidentini seçməyə üstünlük verir və ona hörmətlə yanaşır. Beləliklə, Ermənistanın baş nazirinin Moskva, Vaşinqton və Brüssel arasında yellənməyə davam etməkdən başqa yolu qalmayacaq”.

Tarix
2024.12.13 / 12:07
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları...

Kuyundziç Mariyana Azərbaycana gəldi

Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi

Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video

Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

Əliyevin Zəngəzur açıqlamasında dərhal sonra Rusiyada...

İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video

Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla