Yuxarı

Dövlətlər Suriya üçün toplandı: nə Rusiya var, nə də...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlətlər Suriya üçün toplandı: nə Rusiya var, nə də...

Suriya ilə bağlı “Astana formatı”nın tarixə qovuşması Rusiya və İranı oyundankənar vəziyyətə salıb. Moskva və Tehranın Suriyadakı rolu sadəcə Əsəd rejiminə dəstək üzərində qurulmuşdu.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Əsəd rejimi yıxıldıqdan sonra Moskva və Tehranın Suriyadakı mövqeləri ciddi zərər görüb:

“Bu gün İordaniyada Suriya ilə bağlı beynəlxalq tədbir işə başlayıb. Türkiyə, ABŞ, İordaniya, Səudiyyə Ərəbistanı, İraq, Livan, Misirin xarici işlər nazirləri, o cümlədən Avropa Birliyi və BMT təmsilçiləri Suriyanın gələcəyini müzakirə edirlər. Suriya faktiki yenidən qurulmalıdır, ilk növbədə bu ölkənin ərazi bütövlüyü təmin edilməli, yeni konstitusiya qəbul edilməli, seçkilər keçirilməli, dövlət institutları formalaşmalıdır. Bunların həyata keçirilməsində əsas yük Türkiyənin üzərində olacaq. Digər dövlətlər donor rolunda çıxış etməlidirlər.

ABŞ II Dünya müharibəsindən sonra dağılan Avropa ölkələrinin iqtisadi və sosial problemlərinin həlli məqsədilə “Marşall planı”nı həyata keçirdi. Avropa ölkələrinin bir çoxu məhz bu planın hesabına dağılmış infrastrukturlarını bərpa etdilər və çiçəklənmə dövrünə qədəm qoydular. Suriya üçün də oxşar plana ehtiyac var. Bu dəfəki planın əsas müəllifi isə Türkiyə və müttəfiqlər olacaq”.

Tarix
2024.12.14 / 21:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla