Yuxarı

Əl-Cəzirə Qarabağdan yazdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əl-Cəzirə Qarabağdan yazdı - Foto

Qətərin Əl-Cəzirə telekanalı ermənilərin artilleriya zərbələri nəticəsində azərbaycanlı mülki əhaliyə dəymiş ziyanla bağlı reportaj yayımlayıb.

Axar.az xəbər verir ki, telekanalın cəbhə xəttindən hazırladığı reportaj belə başlayır: "Bu kadrlar erməni işğalçı qüvvələrinin ağır silahlardan istifadə edərək Azərbaycanın işğal olunmuş Ağdam rayonunun Mahrızlı kəndini müntəzəm şəkildə atəşə tutması nəticəsində meydana gələn dağıntının miqyasını tam əks etdirmir. Belə ki, bu, erməni qüvvələrinin genişmiqyaslı bombardmanına məruz qalan yeganə yer deyil. Eyni zamanda, cəbhə bölgəsində və Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən digər çoxsaylı kəndlər də bənzər hücuma məruz qalıblar. Bu yaşayış məntəqələri erməni silahlı birləşmələri tərəfindən ötən ayın son günlərində yenidən şiddətli atəşə tutulub".

Reportajda vurğulanır ki, erməni silahlı birləşmələri atəşkəs rejimini cəbhənin müxtəlif istiqamətlərində, həmçinin dövlət sərhədi boyunca hər gün 100 dəfədən çox pozur. Bu zaman minaatanlardan, top və digər ağır silahlardan istifadə edilir. Bu şiddətli atəşlər cəbhə xəttinə yaxın yaşayış məntəqələrində saysız-hesabsız dağıntılara, həmçinin mülki əhali arasında xeyli ölüm və yaralanma hallarına səbəb olur. Yaralılar yaxınlıqda yerləşən tibb məntəqələrinə çatdırılır. Rəsmi məlumatlara görə, erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən son bombardmandan sonra yüzlərlə ev və mülki obyekt dağıdılıb, yaxud yararsız hala düşüb. Yerli infrastruktura, əhalinin təsərrüfatına böyük zərər dəyib.

Reportajın sonunda qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınıb. BMT Təhlükəsizlik Şurası bu münaqişəyə dair 4 qətnamə qəbul edib. Bu qətnamələr Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan indiyədək bu qətnamələrə məhəl qoymur.

Tarix
2016.05.03 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla