Yuxarı

Putinin Türkiyəyə qarşı iki sensasion ifadəsi…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Türkiyəyə qarşı iki sensasion ifadəsi…

Rusiya Prezidenti Vladimir Putinin bu gün keçirdiyi illik mətbuat konfransı zamanı Türkiyənin “Anadolu” agentliyinin Suriya ilə bağlı sualına cavabında iki məqam diqqət çəkdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Birincisi, Putin Suriya hadisələrindən qazanan əsas ölkənin Türkiyə deyil, İsrail olduğunu söylədi. Putin sözlərinə onu da əlavə etdi ki, İsrail ordusunun Suriya ərazisində ələ keçirdiyi ərazilərdəki insanlar guya İsrailə birləşmək barədə müraciətlər ediblər. Putin sanki bununla İsrailə haqq qazandırırdı. Putin hətta “İsrail çətin ki, həmin əraziləri tərk etsin” cümləsini də işlətdi.

Putinin suala cavabında ikinci məqan PKK terror təşkilatıyla bağlıydı. Rusiya lideri PKK barədə danışarkən, əvvəla, “terrorçu” ifadəsi işlətmədi, əksinə, “kürdlər döyüşkən millətdir” sözlərindən istifadə etdi. Digər tərəfdən, Putin Türkiyənin Suriya ərazisində təhlükəsizlik maraqlarının olduğunu birdirməklə yanaşı, kürdlərin özlərinin dövlət istəyini bu sözlərlə xatırlatdı: “Birinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq 30 milyonluq kürdlərin dövləti olmalıydı”. Putinin bu sözlərindən belə bir təəssürat yarandı ki, o özü daxilən kürd dövlətinin varlığını istəyir, ancaq reallıq fərqlidir.

Yaxşı ki, reallıq fərqlidir, əks halda Kreml Azərbaycana da Qarabağ üzərində suverenliyinin bərpasına mane olardı”.

Tarix
2024.12.19 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla