Yuxarı

Prezidentdən bu faydalı qazıntı yataqları ilə bağlı qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən bu faydalı qazıntı yataqları ilə bağlı qərar

Prezident İlham Əliyev qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, “AzerGold” QSC nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi, aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb dövlət başçısına, beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tarix
2024.12.23 / 18:03
Müəllif
Axar.az
Digər xəbərlər

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla