Yuxarı

Sosial yardım nə qədər artacaq? - Dəqiq izah

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti 2024-cü il üçün ehtiyac meyarı həddini təsdiq edib. Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımından vacibdir.

Axar.az xəbər verir ki, bu barədə deputat, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək:

"Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 900 manatdır. Bu il həmin ailə üçün 1350 manat (5 nəfər X 270 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 450 manat (1350 manat-900 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 450 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyarı gələn ildən 1425 manata yüksəlir (5 nəfər X 285 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 450 manat deyil, 525 manat (1425 manat-900 manat) olur. Bu artım sosial qayğıya ehtiyacı olan ailələrin daha yaxından dəstəklənməsinə xidmət edir".

Tarix
2024.12.25 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilə Çinin böyük planları var - Əliyev

İlham Əliyevdən Şuşa forumu ilə bağlı paylaşım - Video

Kifayətdir, artıq sülh şəraitində yaşamalıyıq - Prezident

Bu məsələdə Afrika dövlətlərini dəstəkləyirik - Əliyev

Buna təminat varmı? Belə bir qarantiya var? - İlham Əliyev

Fransa ilə Kaledoniya arasında baş verən hadisə...

Artıq cənnətin kiçik bir parçasını görürük - Prezident

Donald Trampa çox minnətdarıq - İlham Əliyev

Bütün bunlar mənə möcüzə kimi gəlir - İlham Əliyev

Rusiya ilə rəqabət aparmağa çalışmamışıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla