Yuxarı

Ərinin qətlini sifariş verən qadınla bağlı yeni qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərinin qətlini sifariş verən qadınla bağlı yeni qərar

Bakıda ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və cinayətin digər iştirakçıları ilə bağlı məhkəmə qərarı elan olunub.

Axar.az lent.az-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə Əzizə Seyidova, Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin apellyasiya şikayətinə baxılıb.

Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirmədən qüvvədə saxlayıb.

Beləliklə, Əzizə Seyidovanın 17 il, Mehdi Məmmədovun 18 il 6 ay, Bəxtiyar Fərzəliyevin və Elvin Əliyevin hər birinin 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə qalıb.

Xatırladaq ki, qanlı hadisə 2023-cü il martın 16-da Bakının Sabunçu rayonunda baş verib.

Həmin gün gecə saat 00:05 radələrində 30 yaşlı Əli Seyidli yaşadığı fərdi evin qarşısında qətlə yetirilib.

İstintaq zamanı qətlin zərərçəkmişin həyat yoldaşı Əzizə Seyidovanın sifarişi və təşkilatçılığı ilə törədildiyi müəyyən edilib.

Cinayətin icrasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin iştirak etdiyi bildirilib.

Əzizə Seyidova qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə adam öldürməni təşkil etməkdə və buna təhrik etməkdə, digər üç nəfər isə həmin qətli törətməkdə təqsirli bilinib.

2026-cı il yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarıb.

Tarix
2026.10.20 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla