Yuxarı

"Röyters" cəbhə bölgəsində - Reportaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Röyters" cəbhə bölgəsində - Reportaj

Azərbaycanla separatçı Dağlıq Qarabağ arasında atəşkəs qısa münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını ala bilər. Lakin sakinlər deyir ki, atışma səsləri gecələr hələ də eşidilir və insanlar ölür.

APA-nın məlumatına görə, bu barədə "Röyters"in cəbhə bölgəsinə səfər etmiş müxbirinin Ağdamın Sarıcalı kəndindən hazırladığı reportajda deyilir.

Bildirilir ki, son zorakılıq halları 4 gün davam etsə də, çoxsaylı insan itkisi ilə nəticələnib: "Yerli sakinlərin dediyinə görə, atəşkəs razılaşması aprelin 5-də qəbul olunsa da, demək olar ki, hər gün pozulur".

Sarıcalı kəndinin ingilis dili müəlliməsi Maral Abdullayeva deyir ki, atəşkəsdən sonra atışma dayanmır və yerli sakinlər bundan narahatdır. O, 4 aprel tarixində işlədiyi məktəbin dağıdıldığını bildirib. Müəllimənin sözlərinə görə, məktəb qismən bərpa edilsə də, uşaqlar dərsə getməyə qorxur.

Bildirilir ki, Azərbaycan tərəfinin və separatçı rejimin məlumatlarına görə, atəşkəs razılaşmasından sonra hər iki tərəfdən azı 8 hərbçi həlak olub: "Avropalılar qorxurlar ki, növbəti toqquşma dünya bazarına neft-qaz resurslarının daşımasında dəhliz rolunu oynayan Cənubi Qafqazda qeyri-sabitliyi dərinləşdirə bilər".

Müəllif Evoğlu kəndində evləri dağılmış sakinləri də danışdırıb.

Xatırladaq ki, aprelin 29-da Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət 45 nəfərlik qrup cəbhə bölgəsinə səfər edib. Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, "Röyters", "Bloomberg", "Frans Press", "RİA Novosti", "Anadolu", TRT, İHA, "Cihan", "Rossiya 24" kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və digərləri olub. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.

Tarix
2016.05.05 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla