Yuxarı

Aktaudakı təyyarə qəzasını bu ölkə də araşdıracaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktaudakı təyyarə qəzasını bu ölkə də araşdıracaq

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması milli komissiya tərəfindən aparılır, orada Azərbaycan və Braziliya nümayəndələri də iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də Azərbaycan Hava Yolları QSC-nin (AZAL) nümayəndələri Qazaxıstana səfərə gəlib. Ərazidə işlər Azərbaycanın aviasiya hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində aparılır. Təyyarə istehsalçısı “Embraer” və CENIPA (Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzi, Braziliya) şirkətlərinin nümayəndələri də Qazaxıstana uçublar”, - məlumatda qeyd olunub.

Hazırda komissiyanın əməkdaşları fövqəladə hadisə yerindədir və çöl araşdırmaları aparır. Qazaxıstandan olan komissiyaya Nəqliyyat Nazirliyinin, Mülki Aviasiya Komitəsinin və “Kazaeronaviqasiya” respublika dövlət müəssisəsinin nümayəndələri daxil olub. Komissiyaya Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edir.

Tarix
2024.12.26 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev iki ölkə liderini təbrik etdi

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla