Yuxarı

Aviasiya analitiklərindən şok versiya: Raket zərbəsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aviasiya analitiklərindən şok versiya: Raket zərbəsi...

Qəzaya uğrayan təyyarənin gövdəsindəki dəliklər “Pantsir-S1″ hava hücumundan müdafiə raketinin zərbəsinin nəticələrinə bənzəyir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə öz təhlillərini dərc edən OSINT analitikləri fikir səsləndiriblər.

Analitik Oliver Aleksandrın fikrincə quşlarla toqquşma zamanı təyyarədə bu cür dəliklər açıla və belə zərər dəyə bilməz.

“Əgər zərər quşların vurulması və ya təyyarənin yerə çırpılması nəticəsində yaransaydı, o zaman dəliklərin ətrafındakı gövdədə daha çox çuxurlar yaranardı. Belə görünür ki, təyyarəyə dəyən zərbənin gövdəni deşmək üçün kifayət qədər kinetik enerjisi olub”.

“Bild”in hərbi analitiki Julian Röpke adı açıqlanmayan aviasiya eksperti ilə danışıb. Aviasiya eksperti isə bu qəzanın xarici təsir nəticəsində baş vermə ehtimalının ola biləcəyini deyib.

Quşlarla toqquşma versiyasını qazaxıstanlı aviasiya eksperti Serik Muxtıbayev də istisna edib. Onun sözlərinə görə, bu halda mühərriklərdən biri sıradan çıxsa belə, təyyarə ikinci mühərriklə uçuşunu davam etdirə bilərdi.

“AeroDinamik Advisory” konsaltinq şirkətinin analitiki Riçard Aboulafia “Reuters” agentliyinə bildirib ki, quşların zərbələri adətən təyyarənin ən yaxın sahəyə enməsi ilə nəticələnir. “Bu zaman təyyarəyə nəzarəti itirmək mümkündür, ancaq nəticədə ən yaxın məsafəyə eniş etmək olar”.

Hərbi ekspert Yan Matveev isə bildirib ki, gövdəyə dəyən zərərin bir hissəsi silindrik formadadır ki, bu da “Pantsir-S1” raketinin vurucu elementlərinin formasına uyğundur. Üstəlik, əgər təyyarə kifayət qədər hündürlükdədirsə, o zaman bu raketin gücü təyyarəni dərhal sıradan çıxarmaq üçün kifayət etməyə bilər.

CIT analitik qrupunun təsisçisi Ruslan Leviev deyir ki, qəzaya uğrayan təyyarənin gövdəsindəki dəliklər Hava Hücumundan Müdafiə Qüvvələrinin zərbəsinə bənzəyir. Eyni zamanda, Leviev bunun raket zərbəsi olduğunu iddia etməyə hazır olmadığını vurğulayıb.

Tarix
2024.12.26 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

“Biz” deyirəm – yəni Azərbaycanla Ermənistan...

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı sevindirici xəbər

Azərbaycan İranla quru sərhədini açır? - Arakçı

Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı

Bayramov Maka Boçorişvili ilə görüşdü

Monteneqro Ombusdmanı azərbaycanlı ilə bağlı hərəkətə keçdi

Milli Məclisin növbəti plenar iclası başladı

Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı şok faktlar

BTQ bu cinayətlərə görə kompensasiya tələb edəcək

Bakıda beynəlxalq konfrans keçirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla