Yuxarı

Təyyarənin düşdüyünü görən kimi... – Qazaxıstanlı hərbçi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarənin düşdüyünü görən kimi... – Qazaxıstanlı hərbçi

Qazaxıstan Hava Hücumundan Müdafiə qüvvələrinin aviasiya bazasının hərbçisi Nurlan Botaqarin AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından sonra insanların xilas edilməsinin təfərrüatını bölüşüb.

Axar.az Report-a istinadən xəbər verir ki, aviasiya bazası Aktauda yerləşir. 30153 saylı hərbi hissənin müqaviləli xidmətdə olan hərbçisi Botaqarin təyyarə qəzasının baş verdiyi gün növbədə olub.

Hərbçinin sözlərinə görə, təyyarənin düşdüyünü görən kimi zərərçəkənlərə kömək etmək üçün dərhal qəza yerinə gedib:

"Təyyarənin qəribə şəkildə uçduğunu görəndə başa düşdüm ki, nasazlıq var. Təyyarə yerə düşəndə dərhal maşına minib qəza yerinə getdim. Əvvəlcə düşündüm ki, bu, içərisində təxminən 10 nəfərin olduğu kiçik təyyarədir. Amma məlum oldu ki, insanların sayı daha çoxdur. Mən sarsılmışdım".

Hərbçinin sözlərinə görə, o, təyyarənin arxa qapısını açaraq insanları çıxarmağa başlayıb:

"İnsanları çıxarmağa çalışarkən gördüm ki, xilasedicilər və təcili yardım köməyə gəlib. Onlar yanğını söndürməyə və insanları təxliyə etməyə başladılar. Hesab edirəm ki, əlimdən gələni etmişəm".

Botaqarinin fikrincə, bu, təkcə onun hərbi deyil, həm də vətəndaşlıq borcu idi.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2024.12.28 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla