Yuxarı

Bu köçkünlərə Qarabağda ev də verilməyəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu köçkünlərə Qarabağda ev də verilməyəcək?

Qanunvericilikdə edilən dəyişikliklərə görə, adına ev, torpaq sahəsi olan məcburi köçkünlərin müavinəti kəsilir. Son vaxtlar sosial şəbəkələrdə yayılan iddialara görə, həmin şəxslərə Qarabağda və Şərqi Zəngəzurda ev də verilməyəcək.

Axar.az xəbər verir ki, mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, müavinətlərlə bağlı tətbiq olunan qaydanın ev təminatı ilə heç bir əlaqəsi yoxdur.

“Məcburi köçkünlərə verilən aylıq müavinətlərlə bağlı qaydalar 2017-ci ildə dəyişdirilib. Yəni əslində, bu, yenilik deyil. Həmin qaydalara əsasən, mənzil sahibi olan, eyni zamanda, dövlət müəssisələrində çalışan və eləcə də ölkəni müəyyən müddət tərk edən məcburi köçkünlərin müavinətlərinin verilməsi dayandırılmışdı. Bu qaydalar artıq xeyli müddətdir ki, qüvvədədir. Ona görə də bu qaydalarla məcburi köçkünlərin məskunlaşması və onların öz yurdlarında mənzil təminatı ilə hər hansı bir əlaqəsi yoxdur”, - o deyib.

Deputatın sözlərinə görə, mərhələli köç prosesində heç bir çətinlik, yaxud problem gözlənilmir:

“Təbii ki, ilkin yanaşma ondan ibarətdir ki, ilk növbədə, mənzil şəraiti ağır olan, yataqxana və inzibati binalarda məskunlaşan vətəndaşlarımızın köçürülməsi həyata keçirilir. Amma nəzərə almaq lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurdan məcburi köçkün olan vətəndaşlarımız mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdacaqlar və bununla bağlı həmin vətəndaşlarla mütəmadi əlaqələr saxlanılır. Məskunlaşma ilə bağlı hər hansı problem, yaxud çətinliyin olacağı gözlənilmir”.

Tarix
2024.12.28 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla