Yuxarı

Çexiya mediası Azərbaycandan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çexiya mediası Azərbaycandan yazdı

Çexiya Xarici İşlər Nazirliyi və "Czech Trade" təşkilatının dəstəyi ilə bu ölkənin "E15 Český export" elektron kütləvi informasiya vasitəsinə məxsus "Český export" jurnalının may buraxılışı Azərbaycana həsr edilib.

Axar.az xəbər verir ki, buraxılışda Azərbaycanın inkişaf edən iqtisadiyyatı, ölkədəki əlverişli biznes mühiti, həyata keçirilən layihələr haqqında məlumat verilir. Habelə xüsusi memarlıq layihələri, modern üslubda inşa edilən binalara diqqət çəkilir, bunun Azərbaycanın inkişafının bariz nümunəsi olduğu vurğulanır.

Xüsusi buraxılışda, eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi böyük idman yarışları və digər tədbirlər haqqında ətraflı məlumat verilir, bu tədbirlərin yüksək səviyyədə keçirildiyi qeyd olunur. Xüsusilə ilk dəfə olaraq Azərbaycanda keçirilmiş Avropa Oyunlarının müvəffəqiyyəti haqqında məlumat verilir və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan "Formula-1" yarışlarının da uğurla keçirilməsi üçün görülmüş işlərdən bəhs olunur.

Çexiya Xarici İşlər Nazirliyi və "Czech Trade" təşkilatının dəstəyi ilə dərc edilmiş jurnal bu ölkənin dövlət qurumlarına, ali təhsil müəssisələrinə və digər yerli təşkilatlara paylanılıb.

Tarix
2016.05.06 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla