Yuxarı

General medianın rolunu əvəzsiz saydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
General medianın rolunu əvəzsiz saydı

Orduya inamın gücləndirilməsində media nümayəndələrinin rolu əvəzsizdir.

Report-un xəbərinə görə, bunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən III atıcılıq turnirində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib.

O qeyd edib ki, aprelin əvvəlində cəbhəboyu ərazilərdə baş verən hadisələr zamanı Azərbaycan mətbuatı əsl vətənpərvərlik nümayiş etdirib:

"Əksər mətbuat orqanları dəqiqləşdirilmiş və rəsmi təsdiq edilmiş məlumatların yayımlanmasına üstünlük verərək hərbi əməliyyatlardakı qələbəmizə informasiya müharibəsində də qələbə əlavə etdilər. Amma qarşıda görüləcək işlər çoxdur. Torpaqlarımız işğaldan azad olunan günə qədər hər birimiz bütün qüvvələrimizi səfərbər etməliyik. Bizim qurum mətbuatın cəmiyyətdəki əhəmiyyətini qiymətləndirərək KİV ilə birlikdə müxtəlif layihələr həyata keçirir".
Qeyd edək ki, bu gün ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan III atıcılıq turnirinə start verilib. Turnirə 26 KİV-i təmsil edən 78 jurnalist qatılıb. Turnirin sonunda I, II, II yerlər tutan qaliblərlə mükafat və diplomlar təqdim olunacaq.

Tarix
2016.05.07 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla