Yuxarı

Bu vergi ödəyicilərinə elektron kabinetlə bağlı güzəşt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılır.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən elektron kabinet vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunun 2.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod- paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1- dək qüvvədə olub.

2024-cü il yanvarın 1-dən etibarən vergi ödəyicilərinin kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı məhdudlaşdırılıb. Həmin tarixdən etibarən elektron kabinetə yalnız gücləndirilmiş elektron imza vasitəsilə daxil olmaq mümkündür. Lakin qanunun tətbiqi prosesində "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, dövlət sosial sığorta ve icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz əldə etməklə fəaliyyət göstərən (məişət cihazlarının təmiri ilə məşğul olan macburi saxslar, ofisiant, dərzi, bərbər, çəkməçi, pinəçi və s.), habelə Azərbaycan ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslərin gücləndirilmiş elektron imza əldə etməsi ilə bağlı bir sıra çətinliklər müəyyən edilib.

Məlum olduğu kimi sözügedən vergi ödəyiciləri tərəfindən vergi orqanına vergi hesabatı (bəyannamə) təqdim edilmir, onlar tərəfindən vergi öhdəliyinin müvafiq qəbzin və fərqlənmə nişanının əldə edilməsi ilə icra olunmuş hesab edilir.

Qeyd edilən vergi ödəyiciləri və vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi prosesinin asanlaşdırılması məqsədilə həmin vergi ödəyicilərinə münasibətdə vergi orqanı tərəfindən təqdim edilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq hüququ 2025-ci il yanvarın 1-dən etibarən bərpa edilir.

Tarix
2025.01.01 / 19:38
Müəllif
Axar.az
Digər xəbərlər

Sazişinin imzalanması üçün bu addımlar atılmalıdır!

Bayramovla Lavrov arasında görüş keçirilir

Bayramov Antalyada Mirzoyana sülh üçün şərtləri açıqladı

Sülh sazişinin imzalanacağı yer və tarix... - Mirzoyan

XİN başçılarının iştirakı ilə panel keçirilir

Bayramov Mirzoyanla Türkiyədə görüşdü

Prezident Əliyev AŞ-ın baş katibi ilə görüşdü

Bu, Azərbaycanın nüfuzunun artmasına şərait yaradıb

Zakir Həsənov Antalyada Gülərlə görüşdü - Video

Azərbaycan Yaxın Şərqdə sülh prosesinə töhfə verə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla