Yuxarı

Elşad İsgəndərov vəhabilər içinə adam göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elşad İsgəndərov vəhabilər içinə adam göndərdi

Sələfilərin liderlərindən hesab olunan Əlixan Musayev Müşfiqabad məscidinə gedərkən insanlar oranı tərk ediblər.

Bu sözlər "Axar.az"a ünvanlanmış məktubda yer alıb. Müəllif iddia edir ki, Əlixan Musayevin Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən göndərildiyi aydınlaşanda, məsciddəki bəzi qruplar məscidi tərk edib:

"Dərs başlayanda həmin təkfir fikirli qardaşlar məsciddən çıxıb gediblər. Əlixan həmin camaatın ondan narazılığını bilib, mövzunun guya ki, onları sakitləşdirmək haqqında olduğunu danışıb.

Məscid camaatı deyib ki, Allah-təala onun artıq kimə işlədiyini, kimin adamı olduğunu bizə açıb izhar elədi. Artıq Müşfiq camaatı onun dini komitənin adamı olduğunu bilir.

Məscid camaatı deyib ki, indi bizə aydın oldu ki, Elşad İsgəndərov Əlixan Musayevi aramıza agent kimi soxmağa çalışıb. Əlixan Musayev aramıza girmək üçün Suriyada cihad fitvaları verirdi ki, aramıza girsin".

Məsələ ilə əlaqədar Müşfiqabad məscidinin imamı Mübariz Qaçayevlə əlaqə saxladıq. O, Əlixan Musayevin Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən göndərildiyi təsdiqlədi və bildirdi ki, ona etiraz olunması xəbəri həqiqəti əks etdirmir:

"Əksinə, Əlixan Musayevin məscidimizə gəlməsində məqsəd gənclərimizin maariflənməsinə yardım etmək idi. Gəldi də, gənclərlə söhbət də etdi, fikirlərini də ətraflı çatdırdı. Ona heç bir etiraz, dinləməmək və s. kimi şeylər olmayıb".

Qeyd edək ki, Əlixan Musayev hazırda sələfilər arasında məşhur şəxslərdən hesab olunur. O, bir müddət öncə sələfilərin başqa bir lideri Qamət Süleymanovla olan mübahisələrindən sonra daha çox medianın gündəminə gəlmişdi.

Tarix
2014.02.18 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla