Yuxarı

Səudiyyə nəşrində Azərbaycan həqiqətləri - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyə nəşrində Azərbaycan həqiqətləri - Foto

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayev bu ölkənin "Əl-Həyat" qəzetində ərəb dilində geniş müsahibə ilə çıxış edib.

AzərTac xəbər verir ki, "Azərbaycan səfiri: Səudiyyə Ərəbistanı müstəqilliyimizi tanımış ilk dövlətlərdən biridir" sərlövhəsi ilə dərc olunan müsahibədə 1918-ci ildə müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən və Cümhuriyyət rəhbərlərinin xidmətlərindən, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanın əldə etdiyi uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafından, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlardan danışılıb.

Səfir 24 il öncə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulması, ikitərəfli əlaqələrin siyasi, mədəni, humanitar, iqtisadi və digər sahələrdə intensiv şəkildə inkişafı, əldə olunmuş uğurlar və neft-qaz sahəsində imzalanmış sazişlər, eləcə də səfirliyimizin bu illər ərzində göstərdiyi fəaliyyətdən bəhs edib. O, həmçinin ərəbdilli oxuculara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verərək qeyd edib ki, beynəlxalq təşkilatlar çərçivəsində Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən Azərbaycanın haqlı mövqeyi daim dəstəklənir, münaqişə ilə bağlı bu ölkə və İslam Əməkdaşlıq Təşkilatı prinsipial mövqe nümayiş etdirir. Oxucuların diqqətinə çatdırılır ki, ölkəmizin ərazisinin 20 faizi hələ də təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılır, bir milyondan artıq soydaşımız doğma yurd-yuvasından didərgin salınıb.

Tarix
2016.05.10 / 00:10
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla