Yuxarı

Əliyev tənqid etdi, İran mediası Amulini yıxıb-sürüdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran rəhbəri Əli Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli İran mediasında tənqidlərə məruz qalıb.

Axar.az xəbər verir ki, proses Azərbaycan Prezidenti İlham Əliyevin Amulinin iştirakı ilə 29 dekabrda keçirilən mərasimdə Azərbaycan və Türkiyəyə qarşı işlədilən təhqiramiz ifadələrə görə İran hakimiyyətini tənqid edən açıqlamasından sonra başlayıb.

İanın “Cümhuri İslam” qəzeti Ərdəbildə keçirilən mərasimə və orada səsləndirilən ifadələrə qarşı çıxıb, bunun qonşu ölkələrlə münasibətlərin gərginləşməsinə xidmət etdiyini yazıb:

“Əldə edilən məlumatlar göstərir ki, məsələ Bakı rəsmilərini təhqir etməkdən, siyasi təhqirdən də artıq olub. Burada işlədilən ifadələr əxlaq və ədəb qaydalarına, o cümlədən şəriət qanunlarına da ziddir”.

“Cümhuri İslam” qəzeti Səfəvi-Osmanlı arasında baş verən Çaldıran müharibəsinin üstündən 5 əsr keçdiyini xatırladıb və “Çaldıran şəhidləri” adı altında baş tutan mərasimin lazımsız olduğunu bildirib, bunun başqa məqsədlərə xidmət etdiyinə diqqət çəkib.

Qəzet Həsən Amulinin əyalətin mədəni hadisələri ilə bağlı baş verənlərə cavabdeh olduğunu xatırladıb, onun belə bir tədbir təşkil etməsinin, tədbirdə nalayiq ifadələrin işlədilməsinə göz yummasının başadüşülən olmadığını qeyd edib.

İranın bir sıra digər media qurumları da bu mövqeyi nümayiş etdirib.

Bunun ardınca isə bəzi rəsmilər sosial şəbəkələrdə Amuliyə dəstək kampaniyasına start veriblər. Kampaniyaya SEPAH-a bağlı “Bəsic” (könüllülər ordusu) üzvləri, bir qrup fars millətçisi və bir neçə millət vəkili qoşulub. Təbrizdən İran parlamentinə göndərilən və Azərbaycana qarşı çıxışları ilə tanınan Ruhullah Mütəfəkkir Azad da kampaniyanın önündə gedənlərdəndir.

Ərdəbil əyalətinin İslami Təbliğat Təşkilatı da Həsən Amuliyə dəstək paylaşımı edib, ona və onu cümə imamı təyin edənə uğurlar arzu edib.

Cümə imamına dəstək kampaniyası Güney Azərbaycan şəhərlərində etirazlarla qarşılanıb. Ərdəbilli sosial media istifadəçiləri paylaşımlarında Həsən Amulinin Ərdəbil adından danışmasına, Ərdəbilin onunla tanınmasına görə utandıqlarını yazıblar.

Qeyd edək ki, Həsən Amuliyə dəstək verən millət vəkili Ruhullah Mütəfəkkir Azad İran Prezidenti Məsud Pezeşkianın əleyhdarlarından hesab edilir. O, prezident seçkiləri zamanı mühafizəkar siyasi cərəyana mənsub şəxslərlə eyni cərgədə dayanıb, Pezeşkianın rəqibi Səid Cəlilini dəstəkləyib.

Buna görə, təbrizlilər ona qarşı bəyanatlar yayıb, onun Təbrizi təmsil etmədiyini, hakimiyyətin mühafizəkar qanadının dəstəyi ilə parlamentə təyin olunduğunu bildiriblər.

Tarix
2025.01.10 / 14:44
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

Qazaxıstan nümayəndələri HHQ-ni ziyarət etdi – Foto

Babayandan etiraf: Xocalı soyqırımında iştirak etmişəm

İnternet Vergi İdarəsinə giriş təhlükədə ola bilər - Çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla