Yuxarı

Azərbaycanlılar canlarını qurban veriblər - Serbiya nəşri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar canlarını qurban veriblər - Serbiya nəşri

Serbiyanın "TANYUQ" informasiya agentliyi "Azərbaycanlılar Belqradın azad edilməsi üçün canlarını qurban veriblər" sərlövhəli məqalə dərc edib (http://www.tanjug.rs/full-view.aspx?izb=245404).

Axar.az xəbər verir ki, məqalədə qeyd olunur: İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı cəbhəyə 700 mindən çox övladını göndərib. Onların demək olar ki, yarısı döyüşlərdə həlak olub. Keçmiş Yuqoslaviyanın və bilavasitə Belqrad şəhərinin azad edilməsində xidmətlərinə görə 223-ci diviziya Qırmızı Bayraqlı 223-ci Belqrad diviziyası adlandırılıb. Bu diviziyanın döyüş yolu haqqında "Xəzər dənizindən Dunayadək" sənədli filmi çəkilib. Diviziyanın döyüşçüsü və komandiri Baxış Mehdiyevin kitabı isə serb dilinə tərcümə olunub. Bu baxımdan mindən çox azərbaycanlı əsgərin Belqradın və bütün Yuqoslaviyanın azad edilməsi üçün vuruşduğunu və həlak olduğunu xüsusi vurğulamaq lazımdır.

Bu müharibədə göstərilən qəhrəmanlığa görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan çağırışçıları və könüllülərindən təşkil edilən 77-ci, 223-ci, 336-ci, 402-ci və 416-ci milli atıcı diviziyaları Qafqazdan Berlinədək şərəfli yol keçib. Azərbaycan xalqının qəhrəman oğul və qızları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və yüzlərlə digər kiçik və böyük yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da fəal iştirak ediblər.

Partizan hərəkatında iştirak edən azərbaycanlılar da saysız qəhrəmanlıq nümunələri göstərib. Onlardan biri İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazilərində faşist işğalçılarına qarşı əməliyyatlarla məşhurlaşan partizan və kəşfiyyatçı "Mixaylo" kimi tanınan Mehdi Hüseynzadə olub.

Faşizmə qarşı mübarizədə Azərbaycan xalqı təkcə döyüş meydanında deyil, həm də arxa cəbhədə şücaət və fədakarlıq göstərib. İkinci Dünya müharibəsindəki qələbədə Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illərin müharibəsi zamanı Sovet İttifaqında hasil olunan neftin 70 faizi, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşür. Azərbaycan Berlinin fəth edilməsi zamanı Almaniya səmasında şiğiyan 7 min hərbi təyyarənin yanacaqla təminatında da mühüm rol oynayıb.

Azərbaycan xalqı cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti paltarla təchizatında fəallıq göstərib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını səfərbər edib.

Azərbaycanda müharibə veteranlarına qayğı göstərilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Tarix
2016.05.10 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla