Yuxarı

Vardanyanın şok “müraciəti” yayıldı: Nələri etiraf edib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vardanyanın şok “müraciəti” yayıldı: Nələri etiraf edib?

Bu gün Qarabağda həbs edilən, hərbi cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə prosesi başlayır. Bunu Azərbaycanın “Nürnberq prosesi” də adlandırmaq olar.

Əsas diqqətçəkən məqam dünən (16 yanvar) Ermənistan mediasının tirajladığı Ruben Vardanyanın müraciətidir. Vardanyan iddia edir ki, “heç bir sənədə imza atmayıb”, “heç bir ifadə verməyib”. Hətta “saxlanılan vaxt yalnız adımı demişəm” kimi böyük iddialar irəli sürüb. Hərçənd, daha öncə Vardanyanın istintaq orqanları ilə əməkdaşlıq etdiyi, mühüm sirləri açdığı, hətta təkcə Qarabağda törətdikləri cinayətlərlə bağlı yox, həm də Qərbdə Azərbaycana qarşı olan qruplarla əməkdaşlığını (misal üçün, USAİD rəhbəri Samanta Pauerlə bağlı etirafları), həyata keçirdikləri işləri etiraf etdiyi haqda məlumatlar var. Onun istintaq orqanları ilə əməkdaşlıq etməkdən başqa yolunun qalmadığı da məlumdur.

Bəllidir ki, bu müraciəti Vardanyan Bakıdan göndərməyib, onun adından hazırlayıblar. Məhkəmədən bir gün öncə Vardanyanın adından yayılan müraciətin məqsədi prosesi manipulyasiya etmək və onu “qorumaq”dır. Çünki Vardanyan da daxil olmaqla hərbi cinayətərlərdə ittiham olunan şəxslərin etirafları həm Ermənistanı çətin vəziyyətə sala, həm də erməni ictimai rəyində “mübariz” obrazlarını sıradan çıxara bilər. Rubenin etirafları isə Qərbdəki “dostlarının” da narazılığına səbəb ola, ona verilən dəstəyin kəsilməsi, yaxud azalması ilə nəticələnə bilər. Bu baxımdan, məhkəmədən bir gün öncə yayılan müraciətlə Rubeni sığortalamağa çalışırlar.

Tarix
2025.01.17 / 09:27
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla