Yuxarı

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına şad xəbər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İğdır və Qars bölgələrində yaşayan və şəxsiyyəti təsdiqləyən sənədləri olmayan Azərbaycan vətəndaşlarına bu ildən etibarən pasportların verilməsinə başlanılacaq.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov yanvarın 18-də İstanbulda keçirilən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının ümumi yığıncağında bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdə Türkiyəyə köçmüş və indiyədək sənədsiz yaşayan soydaşlarımızın bir qismi pasportla təmin olunub:

"Bu işdə dərnəklərin əvəzsiz xidmətləri olub. Proses davam etdirilir. Bu ildən etibarən İğdır və Qarsdakı sənədsiz azərbaycanlılar pasportla təmin olunacaq".

Azərbaycanla Türkiyə arasındakı əlaqələrdən də danışan F.Muradov söyləyib ki, iki ölkə böyük bir ailədir:

"Türkiyə nadir dövlətdir ki, bizim xaricdə yaşayan həmyerlilərimizə həm maddi, həm də mənəvi dəstək verir. Bir çox məsələlərdə Türkiyə və Azərbaycan icması birlikdə addımlar atır".

O qeyd edib ki, Türkiyə və Azərbaycanın diaspor qurumlarının rəhbərləri arasında görüş olacaq:

"Türkiyə və Azərbaycanın diaspor sahəsində indiyə qədər qazandığı təcrübə əsasında yeni konsepsiya hazırlanacaq".

Qeyd edək ki, Türkiyədə, xüsusilə İstanbul şəhərində sənədsiz məskunlaşmış azərbaycanlıların hüquqi statusunun leqallaşdırılması məsələsi xeyli müddətidir ki, gündəmdədir. Belə ki, bir müddət öncə təxmini sayı mindən çox olan, 1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qanunsuz məskunlaşmış azərbaycanlılarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupu yaradılıb, bu ailələr siyahıya alınıb. Növbəti mərhələdə onlara sənədlərin verilməsinə başlanılıb.

Tarix
2025.01.18 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

"Kapital Bank"a kütləvi hücum: 200 minə yaxın əməliyyat...

Yeni “strateji tərəfdaş” İran Rusiyaya ordu göndərəcək?

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

Bu, həmin Vardanyandır: Qərb onu ifşa edirdi, indi isə...

Konqresdən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat

Tura Azərbaycandan başladıq - Boçorişvili

Bu, İrəvan üçün ciddi fəsadlar yaradacaq – Vəliyev

Qorbaçova görə Nobel Komitəsinə məktub yazdılar

3 türk ölkəsinin nazirləri Ankarada görüşəcək

Fidan və Bayramovun geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla