Yuxarı

Naxçıvana dron hücumu ilə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvana dron hücumu ilə bağlı - Bəyanat

Azərbaycan ombudsmanı İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumu ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda mülki obyektləri hədəfləyən və mülki şəxslərin xəsarət alması ilə nəticələnən məqsədli hücumun şiddətlə qınandığı bildirilib.

Ombudsman dünya ictimaiyyətini bu terror aktına münasibət bildirməyə çağırıb.

Qeyd olunub ki, mülki əhali və infrastrukturların təhlükəsizliyinə yönəlmiş istənilən hücum beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyalarının normalarının kobud pozuntusudur. Bu kimi qəsdlər dövlətlərin ərazi bütövlüyü və suverenliyi, eləcə də qonşuluq prinsiplərinə zidd olmaqla bir daha təkrarlanmamalıdır.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq vurğulamaq istərdim ki, mülki şəxslərin həyat və sağlamlığının qorunması bütün dövlətlərin üzərinə düşən fundamental öhdəliklərdəndir. Baş vermiş hadisənin tez bir zamanda beynəlxalq hüququn tələblərinə uyğun şəkildə hərtərəfli araşdırılması, məsələyə aydınlıq gətirilməsi, təqsirkar şəxslərin cəzalandırılması və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi vacibdir", - bəyanatda bildirilib.

"Dövlətlərin suveren hüquqlarına hörmət etmək, mülki əhali və obyektlərin qorunması BMT Nizamnaməsinə əsasən, hər bir üzv ölkənin əsas vəzifələrindən birirdir", - ombudsman vurğulayıb.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.

Tarix
2026.03.05 / 23:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bərpaolunan enerjidən danışdı: Növbəti 5 ildə...

Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin...

İlham Əliyev bu tədbirdə iştirak edir - Canlı

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla