Yuxarı

Mənzillərə oğurluğa girməyə cəhd edən şəxs yaxalandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənzillərə oğurluğa girməyə cəhd edən şəxs yaxalandı

Paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M. Xurşudov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs binalarda açıq qapı aşkar etdikdə evlərə daxil olaraq oğurluq etməyi planlaşdırıb.

Şübhəli şəxsin digər bir nəfərlə mənzillərin qapılarını yoxladığı, oğurluq niyyəti ilə etdiyi hərəkətlər, həmçinin onların mənzillərin giriş qapılarının şəkillərini çəkmələri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Nərimanov RPİ-də şübhəli şəxslə bağlı hüquqi məsuliyyət tədbirləri davam etdirilir. M.Xurşudovun digər analoji əməllərdə iştirak edib-etmədiyi yoxlanılır.

"Vətəndaşlara müraciət edərək bir daha tövsiyə edirik ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, yaşayış binalarının girişlərinə və bloklara naməlum şəxslərin daxil olmasına diqqət yetirsinlər, şəxsi əmlakın təhlükəsizliyinə ciddi yanaşsınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polisə məlumat versinlər", - məlumatda bildirilib.

Tarix
2026.03.05 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla