Yuxarı

35 il əvvəl İğdır: “Yol verin, Azərbaycana keçək” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
35 il əvvəl İğdır: “Yol verin, Azərbaycana keçək” - Video

1990-cı il yanvarın 20-də Sovet ordusunun Azərbaycanda törətdiyi qətliamdan 35 il keçir.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, “Qanlı Yanvar”ın ildönümündə 35 il əvvəl Bakıdakı qırğınlarla bağlı Türkiyədə keçirilən aksiyaların görüntüləri yenidən gündəm olub.

Faciədən 5 gün sonra Türkiyənin İğdır bölgəsində böyük kütləvi aksiya təşkil edilib, xalq meydanlara tökülüşüb və Azərbaycana dəstəyini ifadə edib. Aksiyada “Yol verin Azərbaycana keçək”, “Ordu Bakıya”, “Azərbaycan türkdür, türk qalacaq” kimi şüarlar səsləndirilib.

Aksiyalar Türkiyənin İstanbul və Ankara kimi müxtəlif bölgələrində də günlərlə davam edib. İstanbuldakı mitinqə 25 min nəfərdən çox insan qatılıb. Lakin ən ciddi dəstək yürüşləri məhz İğdırda olub.

Faciənin ildönümündə İğdırda keçirilən aksiyanın görüntüləri yenidən sosial şəbəkələrin Türkiyə və Azərbaycan seqmentində gündəm olub və yayılmağa başlayıb.

Tarix
2025.01.20 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla