Yuxarı

Tramp işə başladı: Gündəmdə Bakı və İrəvan da var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp izolyanist siyasət yürüdür, yəni onun üçün əsas ABŞ-ın maraqlarıdır. AB və digər müttəfiqlərə görə ABŞ-ın əziyyət çəkməsini, maliyyə itkisi yaşamasını istəmir. Ona görə də NATO üzvü ölkələrin büdcələrini 5 faizə qaldırmasını tələb edəcək. Yəni Tramp dünyada demokratiya rəhbərinin kim olmasından daha çox, ABŞ-ın maraqları uğrunda çalışacaq.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev ötən gün andiçmə mərasimi baş tutan Donald Trampın yürüdəcəyi siyasəti şərh edərkən deyib.

“Tramp üçün ölkə iqtisadiyyatını gücləndirmək, istehsalın ABŞ-a yönəldilməsi əsas məqsəd olacaq. ABŞ-da istehsal müəssisələrinin sayını artırmağı hədəfləyir. Enerji məsələləri mövzusunda da yeni neft-qaz quyularının qazılmasına etiraz etməyəcək. Tramp üçün Afrika və Asiyadakı hansısa məsələyə müdaxilə ABŞ əhalisinin maraqlarından sonra gəlir. Trampın izolyanist siyasəti digərlərinin qlobalist siyasətindən fərqlənəcək”, - politoloq qeyd edib.

Turab Rzayev bildirib ki, buna baxmayaraq, Trampın bir neçə prioritet istiqaməti olacaq:

“O həmişə deyib ki, dünyada sülhün, əmin-amanlığın tərəfdarıdır, seçki prosesində də daim buna toxunub və fəxrlə onun prezidentliyi dövründə müharibə olmadığını vurğulayıb. Bu səbəbdən problemləri həll eləməyə çalışacaq. İsraillə HƏMAS arasında ilk atəşkəsin imzalanması həm də Tramp kabinetinin təzyiqi ilə baş tutub. Rusiya-Ukrayna cəbhəsinə çox böyük təzyiqlər ediləcək. Burada da sülhə nail olmağa, iki ölkəni bir araya gətirməyə çalışacaq. 3-cü məsələ isə Azərbaycan və Ermənistan arasındakı sülhdür. Düşünürəm, artıq tərəflər arasında sülh müqaviləsi imzalanacaq. Tramp burada da vasitəçilik etməyə səy göstərəcək”.

Politoloq Trampın mübahisəli çıxışlarının yaratdığı suallara da aydınlıq gətirib:

"Xarici siyasətdə əsas düşmən obrazı Rusiyadan Çinə doğru istiqamət dəyişdirəcək. Onsuz da açıq şəkildə bəyan edib ki, əsas hədəf, düşmən Çindir. Panamaya da təsir göstərmək istəyir. Çin artıq orada 2 liman alıb və bu, ABŞ-ın maraqlarını təhdid edir. Ola bilsin ki, Panama ilə bağlı ABŞ-ın hansısa dövlət çevrilişi, ya təzyiq planı işə düşəcək ki, kanallara nəzarəti geri qaytara bilsin.

Kanada ilə müharibə etməsi məsələsinə gəlincə, istənilən halda buna getməyəcək. Kanadanı siyasi cəhətdən ABŞ-a bağlamaq istəyir. Qrenlandiya ilə bağlı siyasət isə tamamilə fərqli olacaq. Çox güman ki, Qrenlandiyanı referanduma məcbur edəcək və bu şəkildə müstəqilliyə səs verdirib, Danimarkadan uzaqlaşdıracaq, daha sonra əsas hamisinə çevriləcək. Onsuz da indi Qrenlandiyada yeganə hərbi baza ABŞ-ındır".

Tarix
2025.01.21 / 09:00
Müəllif
Aytac Araz
Digər xəbərlər

İran Azərbaycana hücum etsə, nə olacaq? – Qoqoya cavab

Əliyevdən Trampa: İnanıram ki, yeni prezidentliyiniz dövründə...

İrana hücum olsa, Rusiya nə edəcək? - Mixaylov

Fərid İran casusu ilə dəyişdirilib

İlham Əliyev Davosda Latviya prezidenti ilə görüşdü

Fəridin anası açıqlama yaydı: Vətəninə yağdırılan söyüşlər...

"Qızıl üçbucaq" Azərbaycana təhvil verilir - Kirants sakini

Hərbi cinayətlərdə ittiham olunanların məhkəməsi başladı

Bu, Fransanın siyasi elitasını narahat edirsə... - Zahid Oruc

Fransa müstəmləkəçiliyinə qarşı Bakıda daha bir tədbir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla