Yuxarı

Bayramov Britaniya XİN başçısı ilə danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Britaniya XİN başçısı ilə danışdı

22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi arasında telefon danışığı baş tutub.

XİN-dən Axar.az-a verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki durumu müzakirə olunub.

Britaniya naziri ilk öncə 20 Yanvar – Ümumxalq Hüzn Günü və 25 dekabrda Bakı-Qroznı reysi ilə uçuş həyata keçirmiş təyyarəmizin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesində hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılması üzrə görülən işlər barədə məlumat verib.

Azərbaycanla Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Britaniya naziri, iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişi və delimitasiya üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında davam edən ərazi iddialarının prosesə əsas maneçilik törədən səbəb olduğunu diqqətə çatdırıb.

Telefon danışığı gedişatında həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.01.22 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla