Yuxarı

Kelloqdan pis xəbər – Bakı dərhal hazırlığa başlamalıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kelloqdan pis xəbər – Bakı dərhal hazırlığa başlamalıdır

ABŞ-ın yeni administrasiyası neftin ucuzlaşmasına çalışacaq. Belə bir trend gözlənilir, lakin bunun dərhal baş verməsi real deyil.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun neftin qiymətini 45 dollara salmaqla bağlı mövqeyinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Tramp neftin qiymətinin aşağı olmasını istəyir:

“Tramp buna nail olmaq üçün ABŞ-da neft istehsalını artırmaqla yanaşı, ərəb ölkələrini də istehsalı artırmağa məcbur etməlidir. Lakin bu, zaman alacaq - ən azı 6-8 ay”.

Ekspert bildirib ki, aşağı neft qiymətləri Rusiya üçün ciddi problemlər yarada bilər, lakin bunun təsiri müddətdən asılıdır:

“Əgər neftin qiyməti 3-4 ay aşağı səviyyədə qalsa, Rusiyaya ciddi təsir etməz. Amma qiymətlərin 2-3 il ərzində aşağı səviyyədə qalması Rusiya iqtisadiyyatına ağır zərbə vura bilər”.

N.Cəfərli Azərbaycanın iqtisadiyyatına da neft qiymətlərinin təsirsiz ötüşməyəcəyini vurğulayıb:

“Azərbaycan büdcəsində neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulub. Buna görə də neftin qiyməti 70 dollardan aşağı, xüsusən də 45 dollara düşərsə, ölkəmizə ciddi təsir edə bilər. Təəssüf ki, iqtisadiyyatımız hələ də neftdən çox asılıdır.

Hesab edirəm ki, ən qısa müddətdə ucuz neft dövrünə hazırlaşmaq lazımdır, qeyri-neft sektorunun inkişafı üçün sürətli addımlar atılmalıdır. Yerli biznesin inkişafı üçün yeni vergi və gömrük güzəştləri tətbiq edilməlidir”.

Tarix
2025.01.27 / 14:14
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla