Yuxarı

Arutyunyan məhkəməyə sənəd verdi, işə əlavə olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:58

Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə hazırlıq iclası davam etdirilib.

Axar.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunub.

Prosesdə zərərçəkmiş qismində tanınmış 531 mindən artıq şəxsin bir qismi, habelə onların nümayəndələri iştirak ediblər.

Əvvəlcə təqsirləndirilən şəxslərin - Bako Saakyanın, Erik Qazaryanın, Araik Arutyunyanın, Melikset Paşayanın, Arkadi Qukasyanın, Levon Mnatsakanyanın, Vasili Beglaryanın, Davit Allahverdiyanın vəkilləri çıxış edərək, yeni vəsatətlər təqdim ediblər.

Müdafiəçilər verilmiş ittihamların bir qisminin təqsirləndirilən şəxslərə aid olmadığını bildirərək, cinayət təqibinə həmin hissələrdə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş ediblər.

Təqsirləndirilən şəxslər vəkillərinin vəsatətlərini müdafiə ediblər.

A.Arutyunyanın vəkili vəsatət verərək, sübut siyahısına əlavə olunması üçün məhkəməyə sənəd təqdim edib.

İttiham tərəfi həmin sənədin sübutlar siyahısına əlavə edilməsinə etiraz etməyib, lakin qeyd olunan sənədin mötəbərliyinin məhkəmə istintaqının gedişində tədqiq olunacağını bildirib.

Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxslər barəsində cinayət təqibinə hissəvi xitam verilməsinə dair vəsatətlərin təmin olunmamasını xahiş edib.

Prosesdə zərərçəkmiş şəxslərin nümayəndələri də çıxış edərək, ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.

Prosesdə Azərbaycan dövləti adından zərərçəkmiş qismində iştirak edən Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edərək, vəsatətlərin təmin olunmamasını xahiş edib.

Sonra prokuror çıxış edərək cinayət işi üzrə məhkəmə aidiyyəti qaydalarına riayət olunduğunu, prosessual sənədlərin tərtibatında səhvə yol verilmədiyini, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının təmin edildiyini, onların barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını bildirib və məhkəmə baxışının təyin olunmasını təklif edib.

Məhkəmə verilən vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıdan məhkəmə tərkibi müdafiə tərəfinin ötən məhkəmə prosesində və hazırkı iclasda qaldırdığı vəsatətlər barədə qərarı elan edib.

Qərara əsasən, müdafiə tərəfinin bəzi təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması və cinayət işinə bəzi epizodlarda hissəvi xitam verilməsi ilə bağlı vəsatətləri təmin etməyib.

A.Aruyunyanın təqdim etdiyi sənəd iş materiallarına əlavə olunub.

Həmçinin məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılıb.

Məhkəmənin baxış iclası fevralın 6-na təyin olunub.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arutyunyan Araik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Tarix
2025.01.27 / 21:04
Müəllif
Axar.az
Digər xəbərlər

Alimin biznesmen oğlunun ölümü: intihar yox, qətl imiş?

Yunanıstandakı səfirliyimizdən qovulan birinci katib kimdir?

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Türk ölkələrinin nazirləri Ankaraya toplaşır

Çindən inqilabi sıçrayış: ABŞ trilyonlar itirdi

Azad olunmuş ərazilərdə görülən işlərin əsasını bunlar təşkil edir

Ermənistan özünü qeyri-səmimi aparırdı, İranla razılaşdıq

ABŞ ciddi təzyiq edirdi ki, Tiflis razılıq verməsin... - Əliyev

Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır!

Bu layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla