Yuxarı

Həsənquliyevə siyasi mühitdə hörmət gətirən keyfiyyəti...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin 60 yaşı tamam olur.

Ölkənin tanınmış ictimai-siyasi xadimləri onu yubiley münasibətilə təbrik ediblər.

Axar.az təbriklərin bir hissəsini təqdim edir:

Milli Məclis sədrinin müavini Musa Qasımlı:

“Qüdrət Həsənquliyevi hər şeydən əvvəl 60 yaşı münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, şəxsi və ictimai-siyasi həyatında uğurlar arzulayıram. Qüdrət müəllim səmimidir, bütün müzakirələrə açıq və ünsiyyətcil bir şəxsdir. Onun xarakterində dürüstlük var. Dürüstlük ilk növbədə ailədən gələn xüsusiyyətdir. Bu xüsusiyyət və aldığı təhsil onun bütün fəaliyyətinə təsir göstərir.

2010-cu ildə mən deputat seçiləndən sonra Qüdrət müəllimlə Milli Məclisdə həmişə yanaşı əyləşmişik. Müşahidə etdiyim başlıca keyfiyyət nə olub? Qüdrət müəllim heç bir zaman Milli Məclisdə populist çıxışlar etməyib, məsələnin mahiyyəti üzrə danışıb, həmişə qurucu, birləşdirici olmağa çalışıb. Onun fikirləri daim millətimizin və dövlətimizin daha güclü olmasına yönəlib. Peşəsi hüquqşünas olduğundan bir çox hüquqi məsələləri zamanında Qüdrət müəllimdən soruşmuşam.

O, eyni zamanda, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədridir. Partiya sədri kimi o, Azərbaycanda siyasi partiya mədəniyyətinin formalaşmasında özünəməxsus rol oynayıb və indi də oynayır. Onun ümummilli və hər hansı digər bir məsələlərdə mövqeyi hər zaman açıq olub".

Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc:

“Qüdrət Həsənquliyev Azərbaycan siyasətində xüsusi yeri olan, milli idealları prinsipiallıqla müdafiə edən dəyərli dövlət adamıdır. Doğrudur, o, hakimiyyətin qanunvericilik orqanında təmsil olunur, partiya rəhbəridir, fərqli ideoloji dəyərləri bölüşür. Lakin müstəqillikdən sonra xalqımızın üzləşdiyi çətin sınaqlar, dərin böhranlar və uğurlu salnamələr dövründə göstərdiyi qətiyyətli mövqe, ardıcıl xətt belə şəxsiyyətləri idarəetmə məsuliyyəti daşıyan insanlarla bir kateqoriyada görməyə imkan verir.

Gənc yaşlarından siyasi mübarizənin önündə gedən aktiv tələbələrdən biri kimi Qüdrət Həsənquliyevin cəsarəti, qorxmazlığı onun gələcəyini müəyyənləşdirən və taleyində əvəzsiz rol oynayan tarixi hadisələrin iştirakçısına çevirib. Azərbaycanın xilaskarı ulu öndər Heydər Əliyevlə görüşü, milli liderimizin yüksək insani qayğıkeşliyi milyonlarla azərbaycanlı kimi onun da həyatında, dünyagörüşündə silinməz izlər buraxıb, seçdiyi yola və əqidəyə əbədi olaraq bağlayıb.

Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində parlaq Qələbəyə gələn yolu özünün strateji duyumu və analitik bacarığı ilə görən insanlardan biri də Qüdrət Həsənquliyevdir. O, müxalifətçiliyi düşmənçiliyə çevirən qüvvələrə qarşı mübarizədə tərəddüd göstərməyib, açıq fikri və prinsipiallığı ilə fərqlənib, siyasi barışa və milli həmrəyliyə hər zaman xidmət edən kurs seçib.

Partiya rəhbəri kimi onun fəaliyyəti, ətrafına toplanan çoxminli əqidədaşları ilə birlikdə iştirak etdiyi mühüm siyasi kampaniyalar zamanı da aydın baxışları, qabaqcıl proqramları ilə Azərbaycanın inkişafına və uğurlu gələcəyinə xidmət edib. Heç şübhə yoxdur ki, parlaq Qarabağ qələbəmizdən sonra yeni milli ideya axtarışlarında olan cəmiyyətimizə ədalətin Zəfər çalması yolunun təklif edilməsi də gələcək birliyimizin güclənməsi, dünyada hörmət və nüfuzu ilə seçilən qalib xalq statusunun qorunub saxlanılmasına yönəlib.

Qüdrət Həsənquliyevi yubileyi münasibətilə təbrik edərkən, onun salnaməyə çevrilən mənalı ömrünün hələ uzun illər Azərbaycana yorulmadan xidmət edəcəyinə dərin inamımı ifadə edir, şəxsinə ən xoş arzularımı bildirir, ailə xoşbəxtliyi və milli səadət arzulayıram".

Böyük Quruluş Partiyasının (BQP) rəhbəri, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa:

“Qüdrət Həsənquliyev Azərbaycan siyasətində öz dəst-xətti olan insanlardan biridir. O, uzun illər həm partiya rəhbəri, həm də parlament üzvü kimi ən aktiv fəaliyyət göstərən, həmişə öz üslubu, sözü, özünün məsələlərə fərqli baxışı ilə seçilən siyasətçidir. Qüdrət Həsənquliyev hər zaman Azərbaycan dövlətinin maraqlarını və hüquqlarını bütün platformalarda qorumağa yönələn fəaliyyəti ilə seçilir. Xüsusilə NATO Parlament Assambleyasında çıxışları hər zaman bu məkanda Azərbaycanın xarici qurumlarla münasibətlərinin tənzimlənməsi, beynəlxalq platformada Azərbaycanın mövqeyinin daha dolğun şəkildə çatdırılması istiqamətində onun böyük işlər gördüyünü göstərir.

Digər tərəfdən Qüdrət Həsənquliyev həm də uzun illər siyasi təcrübənin daşıyıcısı olaraq, ölkənin inkişaf tendensiyasını dəqiq müəyyən edən bir anlayışa sahibdir. O, hələ tələbəlik illərindən xalq hərəkatına qoşulub, bu hərəkatda ən aktiv rol alıb. Eləcə də o, universitetdə təhsil aldığı illərdə həm fəal tələbə, həm də savadlı və peşəkar hüquqşünas kimi diqqəti cəlb edib. Onun həm hüquqi təcrübəsi, hüquq-mühafizə orqanlarında çalışması, həm siyasətçi kimi parlament təcrübəsi onu bir çoxlarından fərqləndirir və hər zaman öz mövqeyi ilə seçilməsinə imkan yaradır.

Bu yubiley həqiqətən də bütün dostları sevindirən bir hadisədir. Yubiley həm də bir hesabat hadisəsidir. Hesab edirəm ki, Qüdrət Həsənquliyev öz xalqı, dövləti, ailəsi, yaxınları qarşısında hər zaman qürurla hesabat verməyə imkanı çatan və bu hesabatın içini dərin məzmunla doldura biləcək bir şəxsiyyətdir. Mən ona birinci növbədə cansağlığı, ikinci növbədə isə Azərbaycanın, xalqımızın, millətimizin inkişafı naminə gördüyü faydalı işlərin davamını arzulayıram".

"Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal:

“Qüdrət Həsənquliyev Azərbaycan siyasətində öz mövqeyi, baxışı, yanaşması, vizyonu olan siyasətçilərdən biridir. Siyasətçi hər şeydən öncə vətəni, milləti və xalqı düşünməli, heç bir halda şəxsi və qrup maraqlarından çıxış etməməlidir. Yəni hər şeydən öncə vətəndaş olmağı bacarmalıdır.

Qüdrət Həsənquliyev sözün bütün mənalarında vətəndaşdır, ziyalıdır, aydındır: onu heç vaxt qrup maraqlarından çıxış edən görməzsiniz, heç vaxt Azərbaycanın maraqlarına uyğun olmayan siyasət yürütməz.

O, Milli Hərəkat dövründə, siyasi səhvlər üçün geniş “imtiyazlar” verən ən gənc yaşlarında belə dövlət maraqlarından bir an da olsun geri çəkilməyib. Təsadüfi deyil ki, hərəkatın içindən çıxmış və siyasi ambisiyalarını bütün dəyərlərin önünə keçirən bir çox siyasətçi Azərbaycan cəmiyyəti tərəfindən təbii şəkildə tarixin arxivinə gömüldü, ancaq Qüdrət Həsənquliyevin siyasi karyerası daha da yüksəldi. Bu, onun sərgilədiyi dövlətçi duruşuna etimaddan irəli gəlir.

Qüdrət Həsənquliyev həm də parlamentdə seçicilərinin səsi olan, dövlət və millət maraqlarına uyğun qanunvericilik təşəbbüsləri ilə çıxış edən aktiv deputatlardan biridir. Eyni təşəbbüsləri - öz elektoratının səsi olmaq, onların problemlərinin həllinə çalışmaq, eyni zamanda, dövlət və milli maraqlara xidmət etmək xəttini bütün platformalarda davam etdirir. Bu, bir siyasətçidə vacib olan stabillik keyfiyyətindən irəli gəlir. Yəni Qüdrət bəy öz fəaliyyəti ilə sübut edib ki, onun üçün əsas olan vəzifə və imtiyazlar yox, dövlət və milli maraqlardır.

Dövlətin uğurlarına sevinməyi bacarmaq, milli məsələlərdə dövlətin yürütdüyü düzgün siyasəti can-başla müdafiə edib, dəstək vermək Qüdrət Həsənquliyevin əsas keyfiyyətidir və bu fakt da onun “Öncə Vətəndir” düşüncəsinə nə qədər bağlı olduğunu nümayiş etdirir. İstər İkinci Qarabağ savaşı və onun nəticələri, “Hanı Xankəndi, hanı Xocalı” deyə böyük qələbəmizə xələl gətirməyə çalışan qaragüruha verdiyi cavablar, istər xaricdə oturub, ölkəmizə qarşı qarayaxma kampaniyasına qalxan, erməni diasporundan maliyyələşən antimilli qüvvələrə qarşı cəsarətli çıxışları onun vətəndaş mövqeyinin sübutudur. Heç təsadüfi deyil ki, Qüdrət Həsənquliyev o antimilli qüvvələrin daim hədəfində olur. Amma Qüdrət Həsənquliyev bu stabil, doğru, ziyalı və ədalətli siyasətçi yanaşmasını heç nəyə baxmadan qoruyur-baxmayaraq ki, bu mövqeyinə görə bəzi antimilli qüvvələr tərəfindən bir çox halda təhqirlərə və nüfuzdansalma kampaniyalarına məruz qalır.

Qüdrət Həsənquliyev “publikaya oynamaq üçün” populist çıxışlar etmir, hər şeydə “xal qazanmaq” kimi ambisioz düşüncəyə qapılmır, yalnız və yalnız real mənzərəni və baxışlarını ortaya qoyur.

Qüdrət Həsənquliyevi məhz bu milli, vicdanlı, gələcəyə istiqamətlənən və geosiyasəti incələyərək yürütdüyü siyasət fərqləndirir və zaman-zaman onun nə qədər doğru kurs yürütdüyünü də hər kəs müşahidə edir.

60 yaş bir siyasətçi üçün əslində parlaq yaş dönəmidir, çünki bu yaşda analiz aparmaq və daha doğru nəticələr üçün geniş təcrübə toplamış olursan. Ona görə Qüdrət Həsənquliyevi səmimi qəlbdən təbrik edir və siyasi yaşın ən parlaq dövründə ona cansağlığı arzu edirəm”.

APA Media Qrupunun baş direktoru Vüsalə Mahirqızı:

“Qüdrət bəylə dostluğumuzun 25 yaşı var. Bunu xüsusi qeyd etməliyəm ki, onun tanıdığım dostlarının böyük əksəriyyəti ilə dostluğunun 25-30, bəlkə daha çox yaşı var. Uzunmüddətli dostluqlar adamın səmimi, dürüst, ardıcıl, insani münasibətlərə dəyər verə bilməsinin göstəricisidir. Qüdrət bəy dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir.

Qüdrət bəy həmçinin Azərbaycanın siyasi həyatındakı əhəmiyyətli proseslərdə iştirak etmiş siyasətçi, maraqlı çıxışları, təklifləri ilə yadda qalan millət vəkilidir.

Mən Qüdrət bəyi 60 illik yubileyi münasibətilə təbrik edirəm. Ona cansağlığı, şəxsi və siyasi həyatında uğurlar arzu edirəm.

Çox məmnunuq ki, Qüdrət Həsənquliyev kimi millət vəkilimiz var”.

Tarix
2025.01.29 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

Sloveniya XİN başçısı İrəvan və Bakıya gəlir

Ermənistanda bəziləri müharibə təbliğatı aparır - Nikol

Türk dövlətləri bu sahədə əməkdaşlığı möhkəmləndirməlidir

Ermənistan sülh və münaqişə arasında seçim etməli olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla