Yuxarı

İrəvanda “Qarabağ” mahnısı: yayan şəxs həbs edildi – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Xidmətinin təqdimatından sonra İrəvanın mərkəzindəki Respublika meydanında Güney azərbaycanlılar tərəfindən ifa edilən “Qarabağ” mahnısının videosunu yayan şəxs İstintaq Komitəsinin vəsatəti ilə həbs edilib.

Axar.az xəbər verir ki, videonu yayan Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbəri G.B.-yə qarşı nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin qızışdırılması ittihamı irəli sürülüb.

Bildirilib ki, 30 yanvar 2024-cü ildə İran vətəndaşları tərəfindən Respublika meydanında oxunan mahnını çəkərək, onun mahiyyətini təhrif edən təqdimatla yayan G.B bununla Ermənistan hakimiyyətinə və polis əməkdaşlarına qarşı nifrət, dözümsüzlük və düşmənçiliyin qızışdırılmasına yönəlmiş cinayətlər törədib.

Qeyd edək ki, Güney azərbaycanlıların İrəvanın mərkəzində “Anadır arzulara hər zaman Qarabağ” mahnısını ifa etməsi Ermənistan sosial şəbəkə və mediasında müzakirələrə yol açmışdı.

Bunun ardınca Ermənistan MTX araşdırmalara başlamışdı.

Tarix
2025.02.01 / 21:19
Müəllif
Axar.az
Digər xəbərlər

İrana heç bir təhdid olmayacaq - Hacıyev

AB missiyası yenidən sərhədimizdə: çəkilişlər aparıldı - Video

Bəhruz Məmmədov vəzifəsindən azad edildi

Hikmət Hacıyev İrandakı səfirliyimizə getdi

Uşağın gətirdiyi qumbara belə partlayıb - Deputat

Ki-Uestin sirr pərdəsi və ya Heydər Əliyevin ustad dərsi

Hikmət Hacıyev İrana getdi

Hərbçilərimizin iştirak etdiyi təlimdən görüntülər - Video

Türk mediası Paylanın Bakı əleyhinə bəyanatını tənqid etdi

Ukraynadan Bakıya çağırış: Vardanyanı cəzalandırın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla