Yuxarı

Borçalı Azərbaycana niyə birləşmədi? - Tarixi müraciət

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci ildə Qafqazda üç respublika yaranandan sonra Gürcüstanda yaşayan soydaşlarımızın çoxluq təşkil etdiyi Borçalıdan azərbaycanlıların Azərbaycan Cümhuriyyətinə birləşmək cəhdlərini əks etdirən arxiv sənədi yayılıb.

Kult.az xəbər verir ki, sənədi tarixçi alim, dosent Zaur Əliyev paylaşıb.

“Sənəddə yazılır: “25 iyul 1918-ci il. Biz, aşağıda imza edənlər, Kaçaqan, Sadaxlin, Kerplin, Denurçi, Qasanlin və Gearx cəmiyyətlərinin nümayəndələri və Yekaterininski rayonu müsəlmanları bu qurultaya toplaşaraq qərara gəldik ki, Borçalı rayonunda yaşayan bütün müsəlmanlar hansı səbəbdən ƏRİZƏYƏ qoşulurlar?

Gürcüstanın, mahalın çox hissəsinin müsəlmanlar olmasına baxmayaraq; xalqın öz müqəddəratını təyin etməsini nəzərə alaraq qərara alındı:

Azərbaycan hökumətindən xahiş edək ki, biz müsəlmanlar Borçalı mahalının Gürcüstana deyil, doğma Azərbaycana birləşdirilməsi üçün petisiya qaldırsın. Coğrafi şəraitə, dinə və bütün adət-ənənələrə görə biz bütünlüklə Azərbaycana aidik. Biz qəti şəkildə xahiş edirik və bəyan edirik ki, biz Gürcüstanı tanımırıq və ona tabe olmayacağıq və haqqımızı son damla qanımıza qədər müdafiə edəcəyik.

Biz bunu imzalayırıq: bu hökmü qırx altı nəfər imzalayır”, - Z.Əliyevin yaydığı sənəddə bildirilir.

Alim qeyd edib ki, Cümhuriyyət dövründə dövlətin ərazi siyasəti ilə bağlı qarşısında duran beş əsas məsələdən biri də Borçalıdan kütləvi şəklidə gələn və əhalinin Azərbaycan Cümhuriyyətinin ərazi vahidi olması ilə bağı məktublara cavab olaraq addımlar atmaq idi:

“O illərdə 90 faiz əhalinin müraciəti olmuşdur ki, biz Gürcüstan yox, Azərbaycan ərazisiyik və öz dövlətimizlə birləşmək istəyirik. Gürcüstan 26 may 1918-ci ildə öz müstəqilliyini elan etdi. Qeyd edim ki, Gürücüstanın müstəqil dövlət olması tarixi Azərbaycan torpağı olan Borçalı üzərində qurulub. Osmanlılar Batumu istəyirdilər və gürcülərlə ermənilər onlarla müharibə etmək istəyirdi. Azərbaycan Osmanlılarla müharibədən imtina etməsəydi və Zaqafqaziya Seymi dağılmasaydı, Gürcüstan əsla müstəqil olmayacaqdı. Osmanlılar Batumu alacaqdı və Borçalı da Azərbaycan ərazisində qalacaqdı. Almaniyanın təkidi və dəstəyi ilə yaradılan Gürcüstan bu gün böyük bir Azərbaycan ərazisi üzərində hakimiyyət qurub. Borçalını işğal edib və oranın Azərbaycana birləşməsi üçün bütün təkidinə baxmayaraq, almanlara güvənib Borçalını işğal altında saxlayıb.

Bu gün Gürcüstan və Ermənistan tarixi Azərbaycan torpaqlarında müstəqil olublar. Əks təqdirdə onların müstəqil olması üçün coğrafi şərait yox idi.

Bu dövlətin yaranmasında mühüm rol oynayan alman hərbi hissələri Borçalıya daxil olurlar. Qasımlı kəndindən 65 pud taxıl müsadirə edən almanlar Sarvan kəndi əhalisini hədələyərək, onlardan 150 min qızıl rubl ödəməyi tələb edirlər. Belə gərgin bir şəraitdə Borçalı türkləri “Qarapapaq xanlığı” yaratmaq qərarına gəlmişdilər. Onlar bu niyyətlərini həm Azərbaycan, həm də Osmanlı dövlətinə bildirirlər: “...İndi hətta bütün xırda xalqlar da özləri üçün müstəqillik tələb edirlər. Bu torpağın ilk sakinləri olan bizlərin sayca çox olması və digər amillər öz torpağımızın sahibi olmamıza haqq verir. Bununla bağlı biz Sultandan xahiş edirik ki, paytaxtı Tiflis olmaqla ”Qarapapaq" xanlığını ya öz himayəsinə qəbul etsin, ya da Tiflis də daxil olmaqla, bizi Azərbaycan tərkibinə qatsın”.

Belə gərgin bir şəraitdə Borçalı azərbaycanlıları dəfələrlə Azərbaycana məktub yazırdı.

Azərbaycan Cümhuriyyətinin dövlətimizin torpaqlarını və sərhədlərini nə qədər qoruduqları qəbul etdikləri sənədlərdə öz əksin tapır.

Borçalı uğrunda erməni və gürcülərin hay-küy salmalarına qarşı Azərbaycan Xarici İşlər Nazirliyinin Müttəfiqlər Komandanlığının qərargahına və Gürcüstan və Ermənistan xarici işlər nazirlərinə 1918-ci il dekabrın 23-də göndərdiyi 851 N-li teleqramında Borçalıdakı sərhəd mübahisələri ilə bağlı Gürcüstan və Ermənistan respublikaları arasında gedən silahlı toqquşmalara təəssüflənilir və qətiyyətlə onlara xatırladılırdı: “Borçalı rayonu Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Həmin dövrdə keçmiş Rusiya İmperiyası ordusunun müsəlman diviziyası Qarayazıda qaldı, Gəncədə isə o zaman türk qüvvələri yerləşirdi. Nəticədə, Gürcüstan tərəfinin öz nəzarətini daha da genişləndirmək cəhdlərinin qarşısı alındı.

1921-ci ildə Cənubi Qafqazda ərazi mübahisələrinin həllinə bolşeviklər gələndə Cənubi Qafqazda üç respublika arasında qarşılıqlı ərazi iddiaları var idi. Gürcüstanla Azərbaycan arasında mübahisəyə gələndə, Zaqatala və Borçalı mübahisə predmeti olan iki böyük ərazi idi. Azərbaycan Zaqatalanı özündə saxladığı halda, Gürcüstan özündə Borçalını saxladı.

Çox heyf ki, Gürcüstan da Azərbaycana xəyanət etdi. Ermənilərlə əlbir hərəkət edərək tarixi torpaqlarımıza sahib oldular”.

Tarix
2025.01.31 / 14:15
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentin təltif etdiyi Fateh Birol kimdir?

Paylan təklif etdi: 40%-ni Bakıdan alaq...

Prezidentdən Fateh Birolla bağlı sərəncam

XİN-dən saxlanılan gəmilərimizlə bağlı yeni açıqlama

Nikol artıq dərk edir, Zəngəzur inadından geri çəkildi

Pezeşkian azərbaycanlılara qarşı təhqirlərdən danışdı

Razılaşdırılmayan 2 maddə ilə bağlı təkliflərimiz budur

Azərbaycana maneəsiz keçid verməyə hazırıq, ancaq...

ATƏT-in Minsk Qrupu ləğv edilməlidir!

Bakıdan qovulan iranlı fahişələr deputatla... - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla