Yuxarı

Zaur Mikayılov Ucarda vətəndaşları qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaur Mikayılov Ucarda vətəndaşları qəbul etdi

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Ucar rayonunda vətəndaşları qəbul edib.

Axar.az ADSEA-ya istinadən xəbər verir ki, qəbulda Ucar, Zərdab, Kürdəmir və digər rayonlardan olan vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb.

Z.Mikayılov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi, qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən əkin sahələrinin suvarma təminatının yaxşılaşdırılması, suvarma kanallarının beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, təmiri, içməli su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Tarix
2026.01.23 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla