Yuxarı

ADU-da dəyirmi masa keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da dəyirmi masa keçirildi - Foto

Azərbaycan Dillər Universitetində (ADU) “Elm və təhsilin inteqrasiyası davamlı inkişaf müstəvisində” mövzusunda dəyirmi masa təşkil olunub.

ADU-dan Axar.az-a bildirilib ki, tədbirdə çıxış edən elm və innovasiya məsələləri üzrə prorektor professor Həmidə Əliyeva mövzunun aktuallığından danışıb, müasir dünyada elmin və təhsilin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirildiyini söyləyib. Vurğulayıb ki, bu mənada son dövrlər Azərbaycan elmi və təhsili də yeni inkişaf mərhələsinə qədəm qoyub.

Universitetin rektoru akademik Kamal Abdulla çıxışında qeyd edib ki, alimlərin, mütəxəssislərin və tədqiqatçıların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan dilinin saflığının qorunmasına və inkişafına töhfə vermək üçün bütün elmi bacarıqlardan və təcrübədən istifadə etmək lazımdır.

“Bəzən elə məqamlar olur ki, onlar bütövlükdə dilimizin korlanmasına gətirib çıxarır. Bu məqamlar Prezidentin diqqətindən kənarda qalmayıb və bununla mübarizə aparmaq hər bir cəmiyyətin və dil daşıyıcılarının borcudur. Prezidentin vurğuladığı kimi, biz dilimizi yad ünsürlərdən təmizlənmiş formada görmək istəyirik. Bu yad ünsürlərin dilimizə daxil olması onun solğunlaşması, dilimizin solğunlaşması millətin solğunlaşması, millətin solğunlaşması dövlətin solğunlaşması deməkdir. Bu proses zəncirvari xarakter daşıyır. Dilimizdə bu məqamlarla mübarizənin ən təsirli üsulu bədii ədəbiyyatla dostluq etməyi bacarmaqdır. Nə qədər çox bədii ədəbiyyat nümunələri oxunsa, bir o qədər də dilimiz var sözlərdən azad olacaq. Bu gün dünyanın müxtəlif ölkələrində əlli milyondan çox soydaşımız yaşayır. Onlar üçün dil mayakı olmalıdır. Zəngin, təmiz, ləyaqətli şəkildə fəaliyyət göstərən bir mərkəz olmalıdır. Dilimizin saflığının qorunması özünü bütün sahələrdə göstərməlidir. İstər ədəbiyyatda, istər mətbuatda, istər tərcümə sahəsində, istərsə də cəmiyyətin müxtəlif sahələrində dilimizin saflığı və təmizliyi məsələsinə xüsusi diqqət və önəm verilməlidir”,- deyə akademik Kamal Abdulla bildirib.

Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksin icraçı direktoru Aqşin Bağırov diqqətə çatdırıb ki, ADU ilə əməkdaşlıq çərçivəsində yeni layihələr həyata keçirilir. ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialı Biləsuvar Təhsil Kompleksində yaradılacaq. Filialın yaradılması bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagird və gənclərin Çin dili və mədəniyyətinə marağının artırılmasına, eləcə də beynəlxalq təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcək. Filialın fəaliyyəti çərçivəsində Çin dilinin tədrisi, mədəniyyət proqramları, müəllim və şagird mübadiləsi, müxtəlif elmi-mədəni tədbirlərin təşkili nəzərdə tutulur.

Daha sonra “Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə elm və təhsil sahəsində səsləndirdiyi çağırışlar, tövsiyələri”, “Dil xalqın tarixi, milli kimliyin təyinatıdır”, “Sülh prosesi, enerji marşrutları və beynəlxalq nüfuz: Azərbaycanın son illərdə diplomatik xətti”, “Elm və təhsilin inteqrasiyası davamlı inkişaf müstəvisində: milli dil, insan kapitalı və akademik məsuliyyət”, “Milli dilin inkişafında dövlət strategiyası” mövzularında məruzələr dinlənilib.

Tarix
2026.01.23 / 00:01
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

Zəngəzur dəhlizindən heyrətamiz görüntülər - Video

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

Əliyevin Davos səfəri ilə bağlı daha bir paylaşım - Video

Elçin Əmirbəyov Şekerinska ilə sülh prosesini müzakirə etdi

Prezidentin İsveçrə səfəri ilə bağlı görüntülər paylaşıldı - Video

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla