Yuxarı

Zelenskinin Davosda tarixə düşəcək çıxışı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskinin Davosda tarixə düşəcək çıxışı...

Davosda ən möhtəşəm çıxışı bu gün Zelenski edib; bu çıxış deyil, şedevr idi və bu şedevr tarixə düşəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

O, Zelenskinin çıxışından fraqmentlər təqdim edib:

- Avropa siyasətçilər tez-tez deyirlər: “Bizə köhnə dünya nizamını əvəz edəcək nəsə lazımdır”. Bəs cəsarətli addımlar atacaq liderlər haradadır? Elə indi, bu dəqiqə quruda, havada, dənizdə hərəkət etməyə hazır olanlar. Sözlərlə yeni dünya nizamı qurmaq olmaz.

- Proseslər bizdən daha sürətlə inkişaf edir. Proseslər Avropadan daha sürətlə inkişaf edir. Avropa çatdırmır.

- Əziz dostlar, biz özümüzə ikinci dərəcəli rollar ayırmamalıyıq, xüsusən də birlikdə böyük güc olmaq şansımız varkən!

- Biz Avropanın düşmənləri ilə “ədviyyatlanmış” kiçik və orta güclərin sadəcə bir salatı olmasını qəbul etməməliyik.

- Avropa qlobal güc ola bilər və olmalıdır. Gecikən yox, gələcəyi müəyyən edən bir güc.

- Biz başqalarına indi olduqlarından daha güclü olmağa kömək etməyə hazırıq. Həqiqətən əhəmiyyət kəsb edən Avropanın bir hissəsi olmağa hazırıq, real gücə, böyük gücə malik Avropanın!

- Bu gücə bu gün müstəqilliyi qorumaq üçün ehtiyacımız var. Amma sizə də Ukraynanın müstəqilliyi lazımdır, çünki sabah bəlkə siz öz müstəqilliyinizi müdafiə etməli olacaqsınız.

- Ukrayna sizinlə olduğu müddətcə heç kim sizə ayaqlarını silə bilməz.

- İntellektual müzakirələr müharibələri dayandırmır. Addımlar lazımdır. Dünya nizamını addımlar formalaşdırır. Bizə sadəcə hərəkət etmək üçün cəsarət lazımdır. Cəsarət olmadan sabahımız yoxdur.

Tarix
2026.01.22 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla