Yuxarı

Türkiyədə məşhur menecer saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə məşhur menecer saxlanıldı

Türkiyənin məşhur menecerlərindən olan Ayşə Barım saxlanılıb.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Aparılan araşdırmalar nəticəsində Barımın Gəzi Parkı hadisələrinin əsas təşkilatçılarından biri olduğu müəyyən edilib. Belə ki, o, hadisələr zamanı sosial media vasitəsilə insanları küçələrə çıxmağa təşviq edib.

Barım Gəzi Parkı hadisələrinin digər təşkilatçıları olan Mehmet Əli Alabora, Mehmet Osman Kavala və Çiğdem Mater Utku ilə də sıx əlaqədə olub.

Bildirilib ki, menecerin şirkəti "ID Danışmanlık Limited" vasitəsilə bir sıra məşhur sənətçiləri də hadisələrdə iştirak etməyə yönləndirib.

Bundan başqa, A.Barım Türkiyə hökumətini devirməyə və ya onun fəaliyyətinə mane olmağa cəhd etmədə ittiham olunub.

İstanbul prokurorluğu tərəfindən Barımın evi və ofisində axtarışlar davam edir.

Qeyd edək ki, 2013-cü ildə baş verən Gəzi Parkı hadisələri zamanı onminlərlə insan küçələrə çıxaraq hökumət əleyhinə etiraz aksiyaları keçirib. Hadisələr zamanı çox sayda insan xəsarət alıb, ölənlər olub. Gəzi parkı hadisələrinin C.Soros tərəfindən idarə edildiyi haqqında məlumatlar mövcuddur.

Tarix
2025.01.24 / 10:06
Müəllif
Kult.az
Digər xəbərlər

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla