Yuxarı

“Basqalı” erməni rəqsi kimi təqdim edildi - Rəsmi açıqlama

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Basqalı” erməni rəqsi kimi təqdim edildi - Rəsmi açıqlama

Ötən il oktybarın 21-də Azərbaycanın Respublikasının Əqli Mülkiyyət Agentliyi (COPAT) Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi SAKPATENTİ-nin rəhbərliyinə məktub göndərib.

Bu barədə Axar.az-a COPAT-dan məlumat verilib.

Məktubda Gürcüstanın 1TV.CE, İMEDİ və “Rustavi” telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin “Somxuri şalaxo” - erməni şalaxosu” kimi təqdim edilməsinin və “Bu qala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib.

Həmçinin bildirilib ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da SAKPATENTİ-yə təqdim edilib.

SAKPATENTİ bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə cavab məktubu ünvanlayıb və Gürcüstanda yayımlanan televiziya kanallarında musiqi əsərlərinin hüquqlarının pozulması ilə bağlı qeyd edilən məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib.

Məktubda qeyd olunur ki, SAKPATENTİ Gürcüstanda əqli mülkiyyət hüquqlarının qorunmasını təmin edən müstəqil qurum olaraq, beynəlxalq müqavilələr və sazişlər çərçivəsində fəaliyyətini davam etdirir. Bu məqsədlə Azərbaycan və Gürcüstan arasında 2009-cu ildə imzalanmış əməkdaşlıq sazişi və 2017-ci ildə imzalanmış Memorandum əsasında qarşılıqlı faydalı əməkdaşlıq fəaliyyətlərinə dair təkliflər irəli sürülmüşdür.

SAKPATENTİ hüquq pozuntuları ilə bağlı daha ətraflı hüquqi məlumat və vasitələr təqdim etməklə yanaşı, bu cür pozuntuların qarşısının alınması və hüquqların bərpası üçün müvafiq tədbirlərin görülməsi məqsədilə müvafiq televiziya kanallarına müraciət edib, məsələyə dair hərtərəfli araşdırma və müvafiq cavab məktubu gözləyir. Əlavə olaraq, bu məsələyə dair məhkəmə və hüquqi mexanizmlərin də daha geniş şəkildə tətbiq olunacağı xüsusi vurğulanıb.

SAKPATENTİ rəhbərliyi bildirib ki, bu məsələyə dair təhlil və cavabları diqqətlə izləyəcək, hüquqi mübahisələrin həlli üçün lazımi tədbirləri görməyə davam edəcəkdir.

Məktubda həmçinin Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi arasında əməkdaşlıq münasibətlərini möhkəmləndirmək və müvafiq hüquqi məsələləri müzakirə etmək məqsədilə yeni addımların atılmalı olduğu qeyd olunub.

Tarix
2025.01.23 / 15:34
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla