Yuxarı

İrəvandakı bu abidə tam 44 metrdir: Nikola mane olmayaq!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Ermənistanın Baş Naziri Paşinyan çox maraqlı və vacib mövzu, diskurs açdı – İsveçrədə erməni diasporu qarşısında çıxış edərkən Osmanlı zamanı baş vermiş faciəvi hadisələr haqqında danışdı, “erməni genosidi” məsələsinin köklərinə baxmağı təklif etdi. Təbii ki, bu çıxış Ermənistanda böyük hay-küy yaratdı, müxalifət, tarixçilər Paşinyanı topa tutdular. Onların davranışı anlaşılandır – erməni mifaloji kimliyinin təməl daşlarından biri məhz “genosid” məsələsidir. O daşın “tərpənməsi” bir çox miflərin də dağılmasına səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri ReAL sədri Natiq Cəfərli deyib.

O, Azərbaycanda bu məsələnin ciddi müzakirəsini təklif edib:

“Ən əsası, Ermənistandakı daxili diskursa mane olmayaq - əgər, “hə, gördüz, Paşinyan da deyir ki, “genosid” olmayıb”, kimi primitiv yanaşma göstərsək, Nikolun açdığı vacib mövzuya mane olacağıq. Əvvəla, Paşinyan elə deməyib, təklif edib ki, bu məsələnin hansı ölkələr tərəfindən istismar edildiyinə baxsınlar, hansı ziyanlı tərəflərinin olduğunu özləri üçün ayırd etsinlər. Buna mane olmaq, Paşinyanın rəqiblərinə haqq qazandırmaq olmaz.

Bu mənada mövqeyimiz qardaş, əsl müttəfiq Türkiyədən irəli gedə bilməz – Türkiyə Osmanlının süqutuna doğru baş verən hadisələri böyük faciə adlandırır, məncə, ən uğurlu ifadə, yanaşma da məhz budur.

Gələk məsələnin mahiyyətinə: SSRİ yarananda Lenin, ondan sonra da Stalin uzun illər bir arzu ilə yaşayırdılar – Türkiyə sosialist ölkə olacaq və sosializm “cəbhəsinə” qoşulacaq. Ona görə də SSRİ 1950-ci ilə qədər heç vaxt “erməni genosidi” məsələsini qaldırmırdı. Türkiyə Cümhuriyyəti dahi Atatürkün strategiyasına uyğun olaraq 1923-dən 1950-ci ilə qədər virtuozcasına xarici siyasət yürüdərək, həm SSRİ, həm də Qərblə normal münasibətlər saxlayıb, öz maraqları çərçivəsində hərəkət edirdi. İkinci Dünya müharibəsindən sonra Stalinin ən böyük arzusu ya İstanbulu almaq, ya da Türkiyənin Bolqarıstan, Rumıniya və s. Şərqi Avropa ölkələri kimi sosialit düşərgəyə qatmaq idi. O zaman Türkiyə dövləti yeganə doğru qərar verərək, 1952-ci ildə NATO-ya üzv olmaqla özünü bu bəladan tam qorudu, gücləndi, təhlükəsizlik çətiri əldə etdi və bu gün NATO-nun ən güclü 2-ci ordusuna malik ölkəyə çevrildi.

Türkiyə NATO-ya üzv olan kimi SSRİ-də bu ölkəyə münasibət kökündən dəyişdi və həmən “erməni genosidi” məsələsi Türkiyəyə təzyiq etmək üçün gündəmə gəldi. Bu, Qərbin də işinə yaradı – Türkiyənin ipə-sapa yatmayan çətin ölkə olduğunu bilirdilər, NATO-ya üzv qəbul edib SSRİ-yə qarşı ciddi bir addım atsalar da, Türkiyəni təzyiq altında saxlamaq üçün bu məsələnin SSRİ tərəfindən qaldırılmasından öz faydalarına istifadə etməyə başladılar, amma bu ayrı mövzudur. Gələk SSRİ-yə.

SSRİ haqqında bildiklərinizi yadınıza salın – totalitar ölkədir, fərqli diskursa yer yoxdur, başqa ideologiyalar qadağandır və belə bir zamanda “erməni millətçiliyinə” xidmət edən, yəni SSRİ-nin ideoloji xəttinə tam zidd olan “genosid” məsələsi aktuallaşır. Görünməmiş bir qərar verilir – 1964-ci ildə Ermənistan Kommunist Partiyasının birinci katibi Zarobyan “genosid” məsələsini SSRİ miqyasında qaldırır və SSRİ KP-nin Mərkəzi Komitəsi İrəvanda “genosid abidəsinin” tikilməsinə qərar verir. Bu gün İrəvanda hər qonağı apardıqları həmin abidə 1967-ci ildə açılır, erməni millətçiliyinin and yerinə çevrilir.

Yaxşı, SSRİ belə təhlükəli ideoloji qərara niyə getdi:

1) Dediyim kimi, NATO Türkiyəsinə təzyiq etmək üçün;

2) Erməni xalqının nifrətini məhz türklərə yönəltmək üçün – çünki 1915-də baş verən faciəvi hadisələrdə Rusiya İmperiyasının da böyük payı var. Erməniləri üsyana, Osmanlını arxadan vurmağa təşviq edən, onlara silah, ən əsası, yalançı ümidlər verən məhz Rusiya idi. Nifrətin ruslara qarşı deyil, türklərə qarşı yönəldilməsi əsas hədəflərdən biri idi.

Paşinyan məhz bu məsələnin yenidən dərk edilməsinə çağırış edib – mane olmayaq, maraqlı diskursdur, imkan verək, özləri bir qərara gəlsinlər.

Yeri gəlmişkən, İrəvandakı “soyqırım” abidəsinin yanındakı “stela” tam-tamına 44 metrdir”.

Tarix
2025.02.02 / 21:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkianı Bakıya səfərə dəvət etdi - Foto

Hikmət Hacıyev Tehranda Kamal Xərrazi ilə görüşdü

Bakı və Tehran arasında razılıq əldə olundu - Hacıyev

Hacıyev Tehrana bu mesajları çatdırır – 4 vacib məqam

Azərbaycan yenə haqlı çıxdı - Ermənilərdən etiraf

Mehriban Əliyeva gəncləri təbrik etdi

Hikmət Hacıyev Əli Əkbər Əhmədianla görüşdü

Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”

Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında…

“Qarabağ” mahnısını yayan erməni azad edildi – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla