Yuxarı

Köçəryanla görüş: Əliyevin sensasion gedişi - Nazir açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryanla görüş: Əliyevin sensasion gedişi - Nazir açıqladı

ABŞ Dövlət Departamentinin sənədlərinin dərc edilməsi həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinin marağına səbəb olub. Təəssüf ki, əvvəllər Robert Köçəryanın kitabı ilə bağlı olduğu kimi, indi də bizim müəlliflərin düşüncələri öz mövqeyimizə deyil, sızdırılan məlumatların müəllifləri üçün əlverişli olan sitatlar və nəticələr əsasında qurulur.

Axar.az xəbər verir ki, bu sözləri keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.

Sabiq nazir hadisələrin iştirakçısı kimi bəzi detalları diqqətə çatırıb:

“Müzakirələrin əsas mövzusu “ərazilərin dəyişdirilməsi” anlayışı ətrafında müxtəlif interpretasiyalarda cərəyan edir. Həmin hadisələrin iştirakçısı kimi bildirmək istəyirəm ki, “ərazi mübadiləsi” mövzusu Azərbaycan tərəfindən yalnız iki dövlət arasında yeni, birbaşa danışıqlar formatını möhkəmləndirmək üçün istifadə olunub. Bu formata isə R.Köçəryan 1998-ci ilin aprelində razılıq verib. Məhz bundan sonra münaqişə tam reallığa uyğun təsnifata malik oldu – dövlətlərarası ərazi münaqişəsi kimi qəbul edildi.

Bu müzakirələr və aparılan danışıqlar nəticəsində vasitəçilər və Ermənistan tərəfindən zorla gündəmə gətirilən “Dağlıq Qarabağın statusu” və erməni separatizmi kimi mövzular əsas problemlər siyahısından çıxarıldı.

Bu məsələyə son nöqtəni Bakıdakı məhkəmə qoyacaq. Həmin məhkəmə əvvəllər münaqişə tərəfi kimi təqdim edilməyə, daha sonra isə “ikinci erməni dövləti” kimi tanıdılmağa çalışılan İrəvan marionetkalarına qarşı aparılır.

Prezident Heydər Əliyevin əsas məqsədi də bizə zorla qəbul etdirilməyə çalışılan münaqişə ssenarisinin dəyişdirilməsi idi. Məhz bunun sayəsində bu gün mövqeyimiz bizə “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə mahalı”, “güzgü prinsipi” və s. kimi mövzuları gündəmə gətirmək imkanı verir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ki-Uest danışıqlarının mətnini yayıb.

Tarix
2025.02.03 / 11:27
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla