Ermənistan İŞİD-lə PKK vasitəsi ilə əlaqə yaradır.
Metsamordan əldə etdikləri uranı terrorçulara satmaq üçün
Ermənistan PKK-nın köməyi ilə İŞİD-lə əlaqə yaradır.
Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı
ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini
artırır, onların işğal altında Azərbaycan ərazilərində sərbəst
fəaliyyəti üçün əlverişli şərait yaradır. Son vaxtlar isə İŞİD
teror qruplaşması çirkli bomba hazırlamaq üçün bu stansiyadan
yararlanmaq istəyir. Ermənistanın radiaktiv maddələri satmaq üçün
İŞİD-lə əlaqəyə girməsi barədə məlumatlar var.
Ermənilər Metsamor AES-də istifadə edilən uran üçün bahalı
müştəri tapıblar. PKK-nın vasitəçiliyi İlə İŞİD-lə əlaqə saxlayan
Ermənistan, çirkli bomba hazırlamaq üçün terrorçulara hava-su kimi
lazım olan bu maddənin satışını təşkil etməyə çalışır.
Qabil Hüseynli - politoloq: "İstifadə edilmiş uranın İŞİD-ə
göndərilməsinə cəhd göstərirlər. Onlar terroçularla danışıb, uranı
onlara satmaq istəyirlər. Bu əlaqə PKK vasitəsilə qurulur. Bu
məsələləri nə dərəcə həll edə biliblər, araşdırmada məlum olur.
Çünki IŞID-də çirkli bombalardan danışır, eyni vaxtda Ermənistan
da. Demək ki, əlaqə qura biliblər".
Onu da deyək ki, Ermənilərin uranın qaçaqmalçılıq yolu ilə
satarkən yaxalanması barədə 1999-cu ildən bəri 12 fakt qeydə
alınıb. Ukraynanda, Gürcüstan – Türkiyə, Ermənistan - İran, ən çox
da Ermənistan-Gürcüstan sərhəddindəyaxalanan ermənilərin uran
satmaq cəhdlərinin qarşısı dəfələrlə alınıb.
"Sonuncu fakt gürcüstandan sadaxlıdan dəyəri 200 milyon dollar
olan Uranın keçirilməsi olmuşdu. Bunu gürcü xüsusi xidmət orqanları
yaxaladılar. Ötən il İrana çox böyük məbləğdə saflaşdırılmış uranı
ötürərkən saxlanmışdılar. Bu maddələr terrorçuların əlinə keçsə,
kütləvi qırğınlar baş verə bilər", - Qabil Hüseynli bildirib.
Elə ötən ay Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin saxladığı
üç Ermənistan vətəndaşı 200 qram Uranı satmaq cəhdinə görə həbs
edildi. Müəyyən olundu ki, onlar əvvəllər Metsamor AES-də
işləyiblər.
İndi nüvə silahlarının yeni, tez başa gələn, asan daşına bilən
növləri meydana çıxıb. Buna çirkli nüvə silahı deyilir. Bu silahısa
atom bombasından fərqli olaraq tək saflaşdırlmış urandan yox,
ermənilərin satmağa çalışdığıçikrkili radioaktov maddələrdən də
hazırlamaq mümkündür. Və yenidən qayıdaq İŞİD-in bəyanatalarına.
Terorçular dünyanı daşına bilən nüvə silahları ilə hədələyir.
Ermənistansa eyni hədəni Azərbaycana qarşı edir.
Dünya diqqət yetirsə, Metsamor AES-in region ölkələri üçün yox,
bütün dünya üçün təhlükə mənbəyi olduğunu görər. Bu istismar
müddəti çoxdan başa çatmış, seysmik zonada yerləşən stansiya indi
terrorçular üçün radiaktiv maddələr çevrilir. Buna reaksiya
verməməksə, açıq qlobal təhlükəyə göz yummaq deməkdir. Görək, dünya
yenə gözünü yumacaqmı?